AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirilib
Dec 09, 2024 | 14:52 Konfranslar, iclaslar

AMEA-nın Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Dəyirmi masanı institutun direktor vəzifəsini icra edən siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova açıb. Öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İnstitutun direktor vəzifəsini icra edən siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova “Ulu Öndər Heydər Əliyev Qafqazda sülh və təhlükəsizliyin banisi kimi” mövzusunda məruzə edib. Azərbaycan Respublikası dövlətinin qurucusu, böyük dövlət və siyasi xadim, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlət quruluculuğunda və dövlətlərarası münasibətlərdə, eləcə də Qafqazda sülh və təhlükəsizliyin yaranmasında xidmətlərini qruplaşdıraraq, təhlil edib. Qeyd edib ki, 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü siyasi proseslərin əsasını qoydu.

Bu gün Ulu Öndər Heydər Əliyev siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir, Azərbaycan xalqı Heydər Əliyev siyasəti ətrafında, onun ideyaları ətrafında daha da sıx birləşmişdir. Ümummilli Liderin vəsiyyətini yerinə yetirən Prezident İlham Əliyev iqtisadiyyatı və ordunu, dövlətlərarası münasibətləri daha da gücləndirdi. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan silahlı qüvvələrini işğal etdikləri ərazilərdən qovdu. 19 sentyabr 2023-cü il tarixində isə antiterror əməliyyatı nəticəsində erməni terrorçuları məhv edildi. Ölkədə suverenlik təmin edildi. Bu gün bir çox məsələlərdə dünya dövlətləri Azərbaycanla hesablaşır. Azərbaycan Qafqazda aparıcı dövlətdir. Layihələr irəli sürür, layihələrdə lider dövlətdir, 120 dövlətin iştirak etdiyi Qoşulmama Hərəkatı kimi böyük təşkilata, 2024-cü ildə Bakıda keçirilən və uğurla nəticələnən COP 29-a sədrlik etdi.

Sonra tədbirdə çıxış edən Qafqazşünaslıq İnstitutunun elmi katibi psixol.ü.f.d., dos. Südabə Hüseynova, şöbə müdirləri t.e.d., prof. Qasım Hacıyev, f.ü.f.d., dos. Vahid Ömərov, t.ü.f.d., dos. Elnur Kəlbizadə, s.e.ü.f.d. Samirə Həbibbəyli Ümummilli Lider Heydər Əliyevin milli birliyin möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının aparıcı amilə çevrilməsi istiqamətində gördüyü işlərdən, Qafqaz siyasətindən bəhs ediblər.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023