AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ

İctimai Elmlər Bölməsi

 

Veb-sayt     www.ieb.science.gov.az
Bölmənin ünvanı             AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30
Tel. (+994 12) 4925180; (+994 12) 4925937
Faks  
Elektron poçtu ieb@science.az;


Bölmənin yaranma tarixi

İctimai Elmlər Bölməsi Azərbaycan Milli Elmlər Akademiyası ilə eyni tarixdə, 1945-ci il martın 27-də yaranmış, tərkibi isə mayın 21-də AEA-nın Rəyasət Heyəti tərəfindən təsdiq edilmişdir. O zaman bölmənin tərkibində ictimai elmlər üzrə 5 tədqiqat müəssi­səsi fəaliyyət göstərirdi. On­lardan 2-si institut (Tarix, Fəlsəfə), 1-i mu­zey (Tarix Muzeyi), 1-i isə sek­tor (İqtisadiyyat Sektoru) idi.

1960-cı ildə Bölmənin strukturunda dəyişiklik olmuşdur: 2 yeni elmi-tədqiqat müəssisəsi (İqti­sadiy­yat, Şərqşünaslıq ins­ti­tut­ları) və 1 sektor (Fəl­səfə Sektoru) ya­radı­lmışdır.

1981-ci ildən İctimai Elmlər Bölməsi iki müstəqil bölmə – Ta­rix, Fəlsəfə və Hüquq, Ədəbiyyat, Dil və İncəsənət bölmələri kimi fəaliyyətə baş­lamışdır.  1990-cı ildə Tarix, Fəlsəfə və Hüquq Bölməsinin əvvəlki adı bərpa olunmuşdur.

2001-ci il­də isə İctimai Elm­lər Bölməsi və Ədə­biy­yat, Dil və İncəsənət Bölməsinin ba­za­sın­da Huma­nitar və İc­ti­mai Elmlər Bölməsi təşkil edilmişdir.

İEB təşkil edilənədək humanitar və ictimai elmlərə Aka­demi­yanın vitse-prezidentləri Heydər Hüseynov (1945-1950) və Səməd Vurğun Vəkilov (1950-1957) rəhbərlik edirdilər. Sonradan müxtəlif illərdə bölməyə akademiklər Məmməd Arif Dadaşzadə (1959-1961), İsmayıl Hüseynov (1962-1968), Məmmədağa Şirə­liyev (1969-1969), Əlisöhbət Sumbatzadə (1970-1981), İqrar Əliyev (1981-1985), Məmməd Cəfər Cəfərov (1981-1986 – ƏDİB), Əhməd Mahmudov (1985-1987), Aslan Aslanov (1987-1997), Bəkir Nəbiyev (1987-2001 – ƏDİB), Cəmil Quliyev (1997-2001), Ağa­mu­sa Axundov (2001-2011), Kamal Abdullayev (2011-2014) rəhbər­lik etmişlər. 2014-cü ildən isə bölmənin akademik-katibi Teymur Həşim oğlu Kərimlidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Milli Elmlər Akademi­yasının Nizamnaməsi"nin təsdiqi və "Azərbaycan Milli Elm­lər Akademiyasının Nizam­namə­sinin təsdiq edilməsi haqqında" Azərbaycan Res­pub­­likası Prezidentinin 2003-cü il 4 yanvar tarixli 837 nömrəli Fərmanının ləğvi haq­­qında" 11 dekabr 2014-cü il tarixli 386 nömrəli Fərmanına əsasən, Azərbaycan Mil­li Elmlər Akademiyasının tərkibində Humanitar Elmlər Bölməsi və İctimai Elm­lər Bölmə­si yaradılmışdır. AMEA-nın 29 aprel 2015-ci il tarixli Ümumi yığın­ca­ğında AMEA-nın Humanitar Elmlər Bölməsi və İctimai Elmlər Bölməsinin  fəaliy­­yətinin təşkili haqqında müvafiq qərar qəbul edilmişdir.

AMEA-nın 29 aprel 2015-ci il tarixli 1/12 nömrəli qərarı ilə AMEA-nın müx­bir üzvü Nərgiz Axundova AMEA-nın İctimai Elmlər Bölməsinin aka­de­mik-katibi vəzifəsinə təyin edilmişdir.

Hazırda İctimai Elmlər Bölməsinin tərkibinə 8 elmi tədqiqat institutu və 1 mu­zey daxildir: A.Bakıxanov adına Tarix İnstitutu (direktor: AMEA-nın müxbir üz­vü Y.Mahmudov), Arxeologiya və Etnoqrafiya İnstitutu (direktor: tarix üzrə elm­lər doktoru M.Rəhimova), Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu (di­rek­tor: AMEA-nın müxbir üzvü G.Baxşə­liye­va), Fəlsəfə İnstitutu (di­rek­tor: fəlsəfə üz­rə elm­lər doktoru, professor İ.Məmməd­zadə), İqti­sa­diy­yat İns­titutu (direktor: iqtisad üzrə elmlər doktoru, professor N.İmanov), Hüquq və İnsan Haqları İnstitutu (direktor: hüquq üzrə elmlər doktoru A.Mus­tafayeva), Qafqazşünaslıq İnstitutu (direktor: tarix üzrə elmlər doktoru M.Qa­sım­­lı), Elm Tarixi İnstitutu (direktor: tarix üzrə elmlər doktoru M.Seyidbəyli), Qafqazşünaslıq İnsti­tu­tu və Milli Azərbaycan Tarixi Muzeyi (direk­tor: aka­demik N.Vəlixanlı).

İctimai Elmlər Bölməsinin tərkibində 9 akade­mik, 15 müxbir üzv fəaliyyət göstərir.  

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015