AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının növbəti nömrəsi çapdan çıxıb
Dec 06, 2024 | 09:58 Yeni nəşrlər

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının növbəti nömrəsi işıq üzü görüb.

Jurnalda filologiya, tarix, etnoqrafiya və siyasi elmlər sahələrinə aid elmi məqalələr dərc olunub.

“Filologiya” bölməsində İnci Qasımlının “Şəmsəddin Sivasinin “Gülşən-abad” əsərində arxaikləşmiş türk mənşəli sözlər”, Salman Süleymanovun “XIII əsr Azərbaycan şairi İzzəddin Həsənoğlunun dilində ərəb leksikası”, İradə Zərqanın “Ziya Bünyadov və onun “Polis məmuru Dümbül Bəyin macərası” əsəri haqqında”, Sevinc Nuriyevanın “Şumer-Azərbaycan (ümumtürk) qəhrəmanlıq eposları arasında oxşarlıq” məqalələri dərc olunub.

“Tarix, etnoqrafiya və siyasi elmlər” bölməsində Moskva İslam İnstitutunun rektoru, ilahiyyat elmləri doktoru Dəmir Muxətdinovun “Multikulturalizm praktikası və “Sivilizasiyaların toqquşması” nəzəriyyəsi kontekstində islamofobiya”, eləcə də Könül Əsədlinin “Şirvan bölgəsinin məscidləri Azərbaycan xalqının mənəvi dəyərləri sferasında”, Ülkər Əliyevanın “Beynəlxalq nəqliyyat layihələri kontekstində Çin-İran münasibətləri”, Xəyyam İsmayilzadənin “XX əsrin sonunda və XXI əsrin əvvəllərində ABŞ-ÇXR siyasi münasibətlərinin inkişafina təsir göstərən amillər”, Zenfira Şıxəlibəylinin Çinin “strateji partnyoru” – Hindistan”, Samid Bağirovun “İbrahim Əmini Hərəvinin “Fütuhati-şahi” əsəri erkən Səfəvi dövrünün əsas mənbələrindən biri kimi” və Xuraman Abbasovanın “Azərbaycan-İsrail münasibətlərinin mövcud vəziyyəti” məqalələri elmi ictimaiyyətin diqqətinə çatdırılır.


 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023