Dec 02, 2024 | 10:08 Yeni nəşrlər
Elm nəşriyyatında AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və Tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə elmlər doktoru, dosent Xatirə Quliyevanın “Heydər Əliyevin Böyük Siyasət Yolu” fundamental monoqrafiyası çap olunub.
Filosof Xatirə Quliyevanın “Heydər Əliyev və mənəvi-estetik dəyərlər (2002, Azərnəşr), “Heydər Əliyev siyasəti: milli dövlət, milli lider, vətəndaşlıq, mənəviyyat”(2019, Elm nəşriyyatı) başlıqlı sanballı tədqiqat əsərlərindən sonra sayca 3-cü monoqrafiyası olan “Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyası Azərbaycan xalqının Ulu öndəri, tarixi şəxsiyyət Heydər Əliyevin 100 illiyinə həsr olunub.
AMEA-nın İctimai Elmlər Bölməsinin qərarı ilə çapa tövsiyə olunmuş “Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyası “Azərbaycan Xalqının Ulu Öndəri Heydər Əliyevin Dövr və Dünyagörüşü Problemi Tarixi Kontekstdə” (I fəsil); XX əsrin 20-40-cı illər qlobal ictimai-siyasi hadisələri və Heydər Əliyevin dünyagörüşü”; “Heydər Əliyevin Böyük Siyasət Yolu” Siyasi Sistemi. Milli-Mənəvi və Ədəbi-Estetik Dəyərlər Strategiyası” (II fəsil); “Heydər Əliyevin Böyük Siyasət Yolu” – Siyasi Sisteminin Ali İdeologiyası - Azərbaycançılıq ideyası” başlıqlı (III fəsil); “Heydər Əliyevin Böyük Siyasət Yolu”- Siyasi Sisteminin Milli Dövlət Quruculuğu İdeologiyası (IV fəsil); “Heydər Əliyevin Böyük Siyasət Yolu” Siyasi Sisteminin Milli Lider Modeli (V fəsil); “Heydər Əliyevin Böyük Siyasət Yolu” siyasi sisteminin milli və bəşəri qarantının meyarları” (VI fəsil) elmi mövzuları kontekstində tədqiq edilib.
“Heydər Əliyevin Böyük Siyasət Yolu” - monoqrafiyasının elmi məsləhətçisi və “Ön söz”ün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Elmi redaktoru AMEA-nın İctimai Elmlər Bölməsi Elmi şurası sədrinin müavini, akademik Nərgiz Axundova, Rəyçiləri Naxçıvan Dövlət Universitetinin professoru, fəlsəfə elmləri doktoru Məmməd Rzayev, Kiyev Əqli mülkiyyət və hüquq akademiyasının professoru, hüquq elmləri doktoru Arif Quliyev, məsul redaktorları tarix elmləri doktoru, dosent Rüfət Quliyev və AMEA-nın Tarix və Etnologiya İnstitutunun Heydərşünaslıq şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı, redaktorları Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və Tolerantlıq fəlsəfəsi şöbəsinin əməkdaşları Sevinc Nisa Quliyeva və Lalə Əliyevadır.
Sevinc QULİYEVA, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və Tolerantlıq fəlsəfəsi şöbəsinin əməkdaşı