Nov 28, 2024 | 10:16 Konfranslar, iclaslar
AMEA-nın Qafqazşünaslıq İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İclası institutun direktor vəzifəsini icra edən siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova açıb. Elmi şura üzvləri AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyevin “2024-cü ilin Nobel mükafatı və laureatları: dünya elminin prioritetləri və Azərbaycan elminin vəzifələri” adlı məruzəsi haqqında AMEA Rəyasət Heyətinin 21 oktyabr 2024-cü il tarixli qərarı, “AMEA-nın 2025-2030-cu illər üzrə İnkişaf Konsepsiyası və Yol Xəritəsi”, Qafqazşünaslıq İnstitutunun AMEA-nın “İlin gənc alimi” mükafatı ilə bağlı namizədlərinin təklifi haqqında məlumatlandırılıb. İnstitutun 2024-cü il üçün elmi-tədqiqat işləri müzakirə olunub, 2025-ci il üçün institutda aparılacaq elmi-tədqiqat işlərinin əhatəli planı təsdiq olunub.
İclasda cari məsələlərə də baxılıb.