Nov 27, 2024 | 16:59 Konfranslar, iclaslar
Noyabrın 27-də AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Birinci Dünya müharibəsinin Yaxın Şərq və Qafqaz meydanı: Osmanlı dövlətinin savaşa qatılmasının 110 illiyi” adlı konfrans keçirilib.
Giriş sözü ilə çıxış edən institutun elmi işlər üzrə direktor müavini İlqar Niftəliyev bildirib ki, bu savaş bəşəriyyət tarixində İkinci Dünya müharibəsinə qədərki ən böyük müharibədir. 28 iyul 1914 - 11 noyabr 1918-ci illərini əhatə edən müharibənin adı İkinci Dünya müharibəsinin başlanmasından sonra istifadə edilməyə başlanıb.
Bu müharibəyə iki alyansda birləşən, dünyanın ən böyük güc mərkəzləri qoşulmuşdu. Azərbaycan da Birinci Dünya müharibəsinə cəlb olunmuşdu. Bu, Şimali Azərbaycanın müharibə edən Rusiya imperiyasının tərkibində olması və müharibə edən dövlətlərin ona dair planları ilə əlaqədar idi. Belə ki, çox əlverişli coğrafi mövqedə yerləşən və öz yeraltı, yerüstü sərvətləri ilə seçilən Azərbaycan iri dövlətlərin maraq dairəsində idi. Dövrün ziddiyyətlərinin kəskinləşməsinə, хаlqın həyаtındа аğır izlər burахmаsınа bахmаyаrаq, Birinci Dünyа mühаribəsi аzərbаycаnlı hərbçilərin fоrmаlаşmаsındа dаhа bir sınаq mеydаnı оldu. Azərbaycanda müharibə ilə bağlı Rusiya mərkəzi hakimiyyət dairələrinə həm siyasi, həm mənəvi, həm də ictimai-xeyriyyə dəstəyi göstərilirdi. Azərbaycan da Rusiyanın tərkib hissəsi kimi, müharibə dövrünün qayğıları ilə yaşayırdı və həm Bakı, həm Yelizavetpol (Gəncə), həm də digər şəhərlər müharibə dövrünün şəhərlərinə çevrilmişdilər. Bəzi məlumаtlаrа görə, I Dünyа mühаribəsi cəbhələrində 200-ə qədər аzərbаycаnlı zаbit хidmət еdirdi. Lazımi statistika olmadığı üçün onların sayının daha çox olduğu ehtimal edilsə də, hər halda bu zabitlərin hаmısının хidmət yоlunu izləmək mümkün dеyil. Lаkin əldə оlаn fаktlаr аzərbаycаnlılаrın hərbi istеdаdını və bаcаrığını bir dаhа nümаyiş еtdirir.
Daha sonra t.e.d., professor İradə Bağırova “I Dünya müharibəsində iki hərbi blokun qarşıdurmasında Osmanlı dövlətinin yeri və rolu”, Tofiq Mustafazadə “I Dünya müharibəsi ərəfəsində Rusiya imperiyasının Şərqi Anadoluda ermənilərin xeyrinə islahatlar keçirilməsi üçün göstərdiyi cəhdləri”, prof. Dr. Selma Yel “Dünya Savaşı Arefesinde Osmanlı Devleti ve Kafkasya”, Nailə Hüseynova “Almaniya-Osmanlı münasibətlərində ikili siyasət”, Şamil Rəhmanzadə “Kayzer Almaniyasının himayəsi altında: Gürcüstan Demokratik Cümhuriyyətinin ilk addımları və ərazisi (1918-ci il, may-oktyabr)”, Mübariz Ağalarlı “I Dünya müharibəsi və Anadoluda Mücadilə hərəkatı (Azərbaycan Cümhuriyyəti aydınlarının əsərləri əsasında)”, doç. Dr. Muhammed Köse Bekir Özgür “I Dünya Savaşı Sırasında Bakü Müslüman Cemiyet-i Hayriye’sinin Erzincan’a Yaptığı Yardımlar”, t.ü.f.d. Yaqut Əmirova “I Dünya müharibəsi illərində Osmanlı dövlətinin Qafqaz cəbhəsi Türkiyə mənbələrində”, t.ü.f.d. Aygün Əzimova “I Dünya müharibəsinin Azərbaycanın ictimai-siyasi həyatına təsiri”, elmi işçilər Nigar Camalova “I Dünya müharibəsinin sonu: Osmanlıdan Qafqaza “erməni məsələsi”, Ruhəngiz Sultanova “Osmanlı imperiyasının Birinci Dünya müharibəsində iştirakı Azərbaycan mətbuatında” adlı məruzələrlə çıxış ediblər.