Nov 07, 2024 | 15:49 Konfranslar, iclaslar
Noyabrın 7-də AMEA-nın Qafqazşünaslıq İnstitutunda Zəfər Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
İlk olaraq şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri institutun direktoru vəzifəsini icra edən siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova açıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı Zəfərin tarixi, siyasi əhəmiyyətini vurğulayıb. Həmçinin parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyinin tam bərpa edildiyini bildirib.
Sonra institutun elmi katibi psixologiya üzrə fəlsəfə doktoru, dosent Südabə Hüseynova, institutun şöbə müdirləri tarix elmləri doktoru, professor Qasım Hacıyev, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərov, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə, siyasi elmlər üzrə fəlsəfə doktoru Samirə Həbibbəyli, institutun Həmkarlar Təşkilatının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Yeganə Baxşıyeva, YAP ərazi partiya təşkilatının sədri Şərqiyyə İmaməli və digər əməkdaşlar çıxış ediblər.