AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Azərbaycan arxeoloqları Türkiyədə arxeoloji tədqiqatlar aparıblar
Oct 21, 2024 | 14:22 Mühüm hadisələr

Türkiyənin Iğdır vilayəti ərazisində Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin rəsmi icazəsi ilə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun tarix üzrə fəlsəfə doktorları, rəhbər M.M.Hüseynov olmaqla, üzvlər S.H.Aşurov və B.M.Cəlilovun təmsil olunduğu elmi heyətin və Türkiyəli mütəxəssislərin iştirakı ilə arxeoloji kəşfiyyat işləri aparılıb.

Bu Azərbaycan arxeoloqlarının digər ölkə ərazisinə təşkil edilmiş ilk arxeoloji ekspedisiyası olmaqla yanaşı, həm də Azərbaycan və Türkiyə Respublikaları arasında yeni bir ortaq araşdırma istiqamətidir.

Beş il üçün nəzərdə tutulmuş layihənin ilk ilinin kəşfiyyat xarakterli araşdırmalarının nəticələri Şərqi Anadolu - Azərbaycan arxeologiyasının problem məsələlərinin işıqlandırılmasında olduqca əhəmiyyətlidir. Qısa müddət ərzində son xalkolit-erkən tunc və orta tunc dövrlərinə aid yaşayış yerləri, bir şəhər yeri, bir qala və çoxsaylı kurqanlar qeydə alınmış, yerüstü materiallar toplanılmış və onlardan ən mühümləri İğdır muzeyinə təhvil verilmişdir. İlk dəfə qeydə alınan abidələr Azərbaycan və xüsusən, Naxçıvan abidələri ilə sıx bağlıdır və gələcək araşdırmaların daha maraqlı kəşflərlə ortaq tariximizə töhfə verəcəkdir. Yeni qeydə alınmış abidələrdən

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023