AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Arxeologiya və Antropologiya İnstitutunda 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib
Sep 27, 2024 | 17:46 Konfranslar, iclaslar

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbiri giriş sözü ilə institutun elmi işlər üzrə direktor müavini, t.e.d., dosent Zaur Həsənov açıb.Öz çıxışında Z.Həsənov İkinci Vətən müharibəsinin Azərbaycanın 200 illik tarixində müqayisə oluna bilməyən ən böyük tarixi hadisə kimi dəyərləndirdi.

Daha sonra t.e.d., professor Hidayət Cəfərov, t.e.d., professor Abbas Seyidov, t.e.d., professor Əsədulla Cəfərov cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasət, ortaya qoyduğu dəmir iradə və müzəffər Ordumuzun şücaəti və qəhrəmanlığı sayəsində qazandığımız şanlı qələbə barədə danışdılar, qələbədən sonra dünyada xalqımızın nüfuzunun güclənməsini və yağı düşmən tərəfindən viran edilmiş bölgələrimizdə dövlətmizin qüdrətini göstərən nəhəng quruculuq işlərini  xüsusi vurğuladılar. Məruzəçilər dövlətimiz tərəfindən şəhid ailələri və Vətən müharibəsi iştirakçılarına göstərilən yüksək diqqət və qayğını xüsusi olaraq qeyd etdilər.    

Həmçinin institutun şöbə müdiri, t.ü.f.d. Akif Quliyev azad edilmiş torpaqlarımızda əsir və itkin düşmüş soydaşlarımızın axtarılması işində institutun nəzdində yaradılan və onun başçılıq etdiyi Məhkəmə arxeologiyası şöbəsinin fəaliyyəti barədə söz açdı. O, aşkar edilmiş azərbaycanlı mülki şəxslərin və hərbi əsirlərin qalıqlarının tədqiqatları zamanı onların erməni işğalçıları tərəfindən işgəncələrə məruz qalması və xüsusi amansızlıqla qətlə yetirildiyini göstərən bəzi faktları açıqladı. Daha sonra institutun kiçik elmi işçisi, Birinci Qarabağ Müharibəsi veteranı Məhyəddin Seyidov döyüş xatirələri barədə tədbir iştirakçılarına məlumat verdi.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023