AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“15 sentyabr 1918-ci il dönümü: Azərbaycan tarixində yeri və əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib
Sep 16, 2024 | 11:52 Konfranslar, iclaslar

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Bakının azad edilməsinin 106-cı il dönümünə həsr olunmuş “15 sentyabr 1918-ci il dönümü: Azərbaycan tarixində yeri və əhəmiyyəti” adlı dəyirmi masa keçirilib.

Tarix elmləri doktoru, dosent Vasif Qafarov “Bakının azad olunması uğrunda diplomatik mübarizə”, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Məmmədzadə “Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ilə Osmanlı hərbi komandanlığı arasında münasibətlər”, tarix elmləri doktoru, dosent Vaqif Abışov “15 sentyabr Bakının azad edilməsi bolşevik-daşnak siyasətinin iflası kimi”, böyük elmi işçi Aygün Əzimova “Bakı uğrunda mübarizədə ingilis amili”, elmi işçi Lamiə Sultanova “Bakı şəhərinin azad edilməsi üçün göstərilən ilk cəhdlər” adlı məruzələrlə çıxış edərək Bakı şəhərinin bolşevik-daşnak qüvvələrindən azad edilməsinin tarixi, siyasi, eləcə də geosiyasi əhəmiyyətindən danışıblar.

Çıxışlarda qeyd olunub ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycanın Əlahiddə Müsəlman Korpusu Bakını daşnak-bolşevik işğalından azad edib. 1918-ci ilin sentyabrında Bakının azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bakının işğaldan azad edilməsi ilə Azərbaycanın müstəqilliyi təmin olunub, bu zəfər tarixi-siyasi və mənəvi-psixoloji əsaslara söykənməklə Türkiyə-Azərbaycan qardaşlığının rəmzinə çevrilib.

Dəyirmi masada bildirilib ki, Bakının daşnak-bolşevik işğalı altında olması yenicə istiqlaliyyətini elan etmiş Azərbaycan Cümhuriyyətinin mövcudluğuna ciddi təhdid idi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin ərazi bütövlüyünü təmin etmək imkanları hələ yetərincə deyildi. Özünün çox ağır durumuna baxmayaraq Osmanlı dövləti qardaş Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərib, bu ordu öz tarixi vəzifəsini şərəflə yerinə yetirib. Sentyabrın 15-də şərəfli missiyasını uğurla başa çatdıraraq Bakını işğalçılardan təmizləməklə Azərbaycan dövlətçiliyinə qardaş töhfəsini verib, xalqımızı darda qoymayıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023 - 2025
Aprel
Yanvar
Fevral
Mart
Aprel
May
İyun
İyul
Avqust
Sentyabr
Oktyabr
Noyabr
Dekabr
2025
1950
1951
1952
1953
1954
1955
1956
1957
1958
1959
1960
1961
1962
1963
1964
1965
1966
1967
1968
1969
1970
1971
1972
1973
1974
1975
1976
1977
1978
1979
1980
1981
1982
1983
1984
1985
1986
1987
1988
1989
1990
1991
1992
1993
1994
1995
1996
1997
1998
1999
2000
2001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
2011
2012
2013
2014
2015
2016
2017
2018
2019
2020
2021
2022
2023
2024
2025
2026
2027
2028
2029
2030
2031
2032
2033
2034
2035
2036
2037
2038
2039
2040
2041
2042
2043
2044
2045
2046
2047
2048
2049
2050
PazPtsSalÇarPerCumCts
30
31
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
1
2
3
00:00
01:00
02:00
03:00
04:00
05:00
06:00
07:00
08:00
09:00
10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00