AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Professor Məryəm Seyidbəylinin növbəti kitabı işıq üzü görüb
Jun 21, 2024 | 12:14 Yeni nəşrlər

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq ölkələrinin tarixşünaslığı şöbəsinin müdiri tarix üzrə elmlər doktoru, professor Məryəm Seyidbəylinin “Görkəmli Azərbaycan alimi Nəsirəddin Tusi həyatı və elmi irsi” adlı növbəti monoqrafiyası nəşr olunub.

Monoqrafiya İslam intibahının böyük alimi, dünya elmində və mədəniyyətində mühüm iz qoymuş Azərbaycan alimi Nəsirəddin Tusinin həyat və yaradıcılıq irsinə həsr olunub. Öz kəşfləri və elmi fikirləri ilə astronomiya, riyaziyyat, fəlsəfə, tibb, etika, məntiq, din nəzəriyyəsi, dövlət və hüquq nəzəriyyəsi və digər elm sahələrini daha da zənginləşdirmiş Nəsirəddin Tusinin yaradıcılığına aid nadir əlyazma nüsxələri ilk dəfə olaraq adıçəkilən monoqrafiyada öz əksini tapıb.

Kitabda həm yerli, həm də xarici alimlərin Nəsirəddin Tusinin yaradıcılığına dair tədqiqatları da yer alıb. Kitab oxuculara Azərbaycan və rus dillərində təqdim olunub.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023