Jun 07, 2024 | 14:45 Konfranslar, iclaslar
İyun ayının 7-də 31.05.2024-cü ildə keçirilmiş AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Həmkarlar Təşkilatının hesabat-seçki iclasının davamı keçirilib.
İclasda AHİK-in Təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərov, AMEA Azad Həmkarları İttifaqının sədr müavini Şəhla Əmirova və institutut əməkdaşları iştirak ediblər.
İclasa sədrlik edən akademik Nərgiz Axundova iclasın gündəliyini elan edib və bildirib ki, 31.05.2024-cü ildə Həmkarlar Təşkilatının keçmiş sədri Hacı Həsənov 7 illik fəaliyyətinin hesabatını vermişdi. Onun hesabatı qənaətbəxş hesab edilmişdi. Bugünkü iclasımızda isə gündəliyə əsasən Tarix və Etnologiya İnstitutunun Həmkarlar Təşkilatına yeni sədr seçilməlidir. Şövqi Həsənovun namizədliyi irəli sürüldü və yekdilliklə qəbul edildi. Daha sonra Komitə üzvləri və Nəzarət Təftiş Komissiyası açıq səs vermə yolu ilə seçildilər. İclasda AMEA Azad Həmkarlar İttifaqının VIII qurultayına AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru Kərim Şükürov və Həmkarlar Təşkilatının sədri Şövqi Həsənov nümayəndə kimi seçildilər. Tarix və Etnologiya İnstitutunun Həmkarlar Təşkilatının yeni seçilən sədri Şövqi Həsənov AMEA Azad Həmkarlar İttifaqı məclisinə üzv seçilmək üçün namizədliyi verildi.
İclasın sonunda Tarix və Etnologiya İnstitutunun Həmkarlar Təşkilatının yeni sədri Şövqi Həsənov göstərilən etimada görə əməkdaşlara öz minnətdarlığını bildirib.