AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“M.Ə.Rəsulzadə və Azərbaycanın istiqlal mübarizəsi” adlı respublika konfransı keçirilib
Jun 03, 2024 | 10:48 Konfranslar, iclaslar

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə “M.Ə.Rəsulzadə və Azərbaycanın istiqlal mübarizəsi” adlı respublika elmi konfransı keçirilib.

Konfransı giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev Şərqdə ilk dünyəvi dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında Məhəmməd Əmin Rəsulzadənin xidmətlərindən danışaraq bu böyük şəxsiyyətin istiqlal mübarizəsi tarixində bugünkü və gələcək nəsillər üçün örnək olduğunu bildirib: “Rəsulzadənin istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əminin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə olsa belə o, müstəqil Azərbaycan arzusu ilə yaşayıb, mübarizə aparıb”.

Tədbirdə qeyd olunub ki, M.Ə.Rəsulzadənin Azərbaycan tarixində mühüm rol oynamış siyasi, ictimai və ədəbi şəxsiyyətlərin zəngin irsinin, dərindən öyrənilməsi, gələcək nəsillərə ötürülməsi məqsədilə tarixçi alimlərimiz ciddi araşdırmalar apararaq bu istiqamətdə kitablar nəşr etdiriblər.

Respublika elmi konfransında Dünya tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru İradə Bağırova “M.Ə.Rəsulzadənin müraciət dövrü fəaliyyətinin bəzi məqamlarına dair”, Azərbaycan Cümhuriyyəti tarixi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov “M.Ə.Rəsulzadənin siyasi portretinin cizgiləri”, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov “M.Ə.Rəsulzadənin İstanbul konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi fəaliyyəti (iyun - oktyabr 1918-ci il)”, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı”, tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədzadə “M.Ə.Rəsulzadə Azərbaycan Cümhuriyyəti tarixinin başlıca məqamlarında: siyasi rol və sosial mahiyyət”, tarix üzrə fəlsəfə doktoru Şamil Rəhmanzadə “M.Ə.Rəsulzadənin siyasi diskursunun mədəni-maarifçilik aspektlərinə dair”, tarix elmləri doktoru Ramil Ağayev “Azərbaycanın etnik tarixi ilə bağlı məsələlər M.Ə.Rəsulzadənin əsərlərində”, Şimali Azərbaycanın XIX əsr - XX əsrin əvvəlləri şöbəsinin aparıcı elmi işçisi Zəfər Kərimov “M.Ə.Rəsulzadənin jurnalistik fəaliyyətində milli dövlətçilik məsələləri (1905-1917-ci illər)”, tarix üzrə fəlsəfə doktoru Nailə Hüseynova “AXC parlamentində M.Ə.Rəsulzadənin fəaliyyət istiqamətləri”, tarix üzrə fəlsəfə doktoru İradə Əliyeva “M.Ə.Rəsulzadə və Azərbaycan türkçülüyü”, tarix üzrə fəsəfə doktoru Sevinc Rəhimova “M.Ə.Rəsulzadə Azərbaycan milli istiqlal mübarizəsinin liderlərindən biri kimi”, Azərbaycan Cümhuriyyəti şöbəsinin elmi işçisi Lamiyə Sultanova “Müsavat partiyası və aqrar məsələ (1917-1920-ci illər)”, tarix elmləri doktoru Vaqif Abışov “Aprel işğalı. (M.Ə.Rəsulzadənin əsərləri üzərində təhlil)”, tarix elmləri doktoru Şahin Fazil “Atropotena və Albaniya (Qafqaz) tarixi şöbəsinin müdiri” adlı məruzələrlə çıxış ediblər.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023