AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“İsmayıl Şıxlı Türkiyə türkcəsində” adlı tədbir keçirilib
May 22, 2024 | 17:17 Konfranslar, iclaslar

Bakı Yunus Emrə İnstitutunun və AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Azərbaycanın görkəmli yazıçısı İsmayıl Şıxlının yaradıcılığına həsr olunan “İsmayıl Şıxlı Türkiyə türkcəsində” adlı tədbir keçirilib.

İsmayıl Şıxlının 105 illik yubileyi çərçivəsində Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Qasımlı yazıçının “Namərd gülləsi” hekayəsinin təhlilini və “60-lardan Günümüze Azerbaycan Hikayesi” kitabını təqdim edib.

Tədbiri giriş sözü ilə açan Yunus Emrə İnstitutunun müdiri Selçuk Karakılıç institutun fəaliyyəti ilə bağlı məlumat verib. Daha sonra Lalə Qasımlının İsmayıl Şıxlının və digər Azərbaycan yazıçılarının hekayələrinin Türkiyə türkcəsinə tərcümə və təhlil edildiyi layihəsi əsasında ərsəyə gələn kitabı ilə bağlı fikirlərini bildirən Selçuk Karakılıç, əsərin Türkiyə və Azərbaycan arasındakı əlaqələrə müsbət təsirini və əhəmiyyətini vurğulayıb. 

Növbəti çıxış edən Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü İsmayıl Şıxlı yaradıcılığına toxunaraq təqdim olunan layihə çərçivəsində Azərbaycan və Türkiyə elmi-ədəbi əlaqələrindən bəhs edib. R.Cümşüdlü Şərqşünaslıq İnstitutunda türk filologiyası sahəsində dəyərli türkoloji tədqiqatların aparıldığını, türk ədəbiyyatından tərcümələr edildiyini deyib, Şərqşünaslıq İnstitutunun əməkdaşının təqdim edilən kitabının da Azərbaycan - Türkiyə elmi-ədəbi əlaqələrinin inkişafına bir töhfə olduğunu vurğulayıb.

Sözügedən layihənin rəhbəri dosent Lalə Qasımlı kitabla bağlı geniş məruzə ilə çıxış edib və İsmayıl Şıxlının “Namərd gülləsi” hekayəsi haqqındakı məqaləsini təqdim edib. Məruzəçi layihənin həyata kerçirilməsində dəstəyini əsirgəməyən insanlara və tədbirə gələn qonaqlara öz təşəkkürünü bildirib.

Çıxışçılar arasında yer alan Azərbaycan Yazıçılar Birliyinin nümayəndəsi Əsəd Cahangir, İsmayıl Şıxlının övladı Elçin Şıxlı, professor Təyyar Salamoğlu, yazıçı Şərif Ağayar və Mənzər Niyazlı İsmayıl Şıxlının əsərlərindən, onun yaradıcılığının müasir ədəbiyyata olan təsirindən, kitabın Azərbaycan və Türkiyə ədəbiyyatı üçün əhəmiyyətindən danışıblar.

Tədbirin sonunda qonaqlar müəllifə yaradıcılıq fəaliyyətində uğurlar arzu ediblər.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023 - 2025
Aprel
Yanvar
Fevral
Mart
Aprel
May
İyun
İyul
Avqust
Sentyabr
Oktyabr
Noyabr
Dekabr
2025
1950
1951
1952
1953
1954
1955
1956
1957
1958
1959
1960
1961
1962
1963
1964
1965
1966
1967
1968
1969
1970
1971
1972
1973
1974
1975
1976
1977
1978
1979
1980
1981
1982
1983
1984
1985
1986
1987
1988
1989
1990
1991
1992
1993
1994
1995
1996
1997
1998
1999
2000
2001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
2011
2012
2013
2014
2015
2016
2017
2018
2019
2020
2021
2022
2023
2024
2025
2026
2027
2028
2029
2030
2031
2032
2033
2034
2035
2036
2037
2038
2039
2040
2041
2042
2043
2044
2045
2046
2047
2048
2049
2050
PazPtsSalÇarPerCumCts
30
31
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
1
2
3
00:00
01:00
02:00
03:00
04:00
05:00
06:00
07:00
08:00
09:00
10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00