May 17, 2024 | 16:26 Konfranslar, iclaslar
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda fəlsəfə və elmlər doktorluğu üzrə təhsil alan doktorant və dissertantlar üçün seminarlar davam edir. Mayın 17-də keçirilən növbəti seminar “Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərlərinin tədqiqi” mövzusunda olub.
Tədbiri giriş sözü ilə açan institutun Təhsil şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Bayramova seminarın mövzusu haqqında məlumat verərək məruzə üçün sözü institutun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaxşıxanım Nəsirovaya verib.
Məruzəçi çıxışında Osmanlı arxiv sənədləri, təhrir dəftərləri (maliyyə-vergi reyestrləri), onların Azərbaycan tarixinin öyrənilməsində önəmi, təhrir dəftərlərinin tərtib prinsipləri və s. məsələlər haqqında maraqlı məlumatlar verib. Alim Şərqşünaslıq İnstitutunda Osmanlı vergi reyestrlərinin tədqiqi və elmi nəşrlərinin həyata keçirilməsinin bir ənənə halını aldığını qeyd edib.
Müzakirələr zamanı iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.