AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA-nın kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
May 10, 2024 | 15:45 Mühüm hadisələr

Mayın 10-da AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, institut və təşkilatlarının rəhbərləri, gənc alimləri müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

Elmi ictimaiyyətin nümayəndələri Ümummilli Liderin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq Ulu Öndərin məzarı üzərinə tər gül dəstələri qoyub, ruhu qarşısında baş əyiblər.

Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023