AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Heydər Əliyev: Azərbaycan - Türkiyə münasibətlərinə konseptual baxış” adlı kitabın təqdimatı olub
May 10, 2024 | 10:12 Konfranslar, iclaslar

AMEA-nın Qafqazşünaslıq İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib.

Öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə institutun direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı açıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlət quruluculuğunda və dövlətlərarası münasibətlərdə siyasətindən, onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində torpaqlarımızın işğaldan azad olunmasının zəfərlə başa çatdırılmasından bəhs edib.

Həmçinin M.Qasımlı əlavə edib ki, 2023-cü ildə Ulu Öndər Heydər Əliyev ilinə həsr edilmiş üç kitab və bir konfrans materialı çap edilib. İnstitutun üç dildə nəşr edilən “Qafqazşünaslıq” jurnalında Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə yer alıb.

Sonra institutun elmi işlər üzrə direktor müavini siyasi elmlər doktoru, dosent Ramilə Dadaşovanın “Heydər Əliyev: Azərbaycan - Türkiyə münasibətlərinə konseptual baxış” adlı kitabının (elmi redaktorlar: akademik İsa Həbibbəyli, professor İbrahim Ethem Atnur, rəyçilər: siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyev, siyasi elmlər doktoru, professor Gülzar İbrahimova) təqdimatı olub.

Kitabda Azərbaycan Respublikasının Türkiyə Respublikası ilə diplomatik-siyasi münasibətlərinin milli, mənəvi köklər üzərində möhkəmləndirilməsində Heydər Əliyev və Süleyman Dəmirəl dostluğunun əhəmiyyətindən, iki dövlət arasında siyasi, iqtisadi, elm, təhsil və mədəniyyət sahələrində münasibətlərdə Heydər Əliyevin konseptual baxışlarından, Qafqaz bölgəsində sülh, əməkdaşlıq və təhlükəsizlikdə Azərbaycan-Türkiyə münasibətlərinin rolundan bəhs edilib.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri tarix elmləri doktoru, professor İradə Hüseynova, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə, həmin institutun Yeni Azərbaycan Partiyasının sədri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şölət Zeynalov, Tarix və Etnologiya İnstitutunun Yeni Azərbaycan Partiyasının sədri tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Əhmədov, Ulu Öndər Heydər Əliyevin irsindən bəhs ediblər və kitabla bağlı fikirlərini bölüşüblər.

Qafqazşünaslıq İnstitutunun elmi katibi psixol.ü.f.d., dosent Südabə Hüseynova, direktor köməkçisi Məzahir Sadıxov, şöbə müdirləri f.ü.f.d. dosent Vahid Ömərov, t.ü.f.d. Günel Musayeva, s.e.ü.f.d. Samirə Həbibbəyli kitabla bağlı fikirlərini bölüşüb, Azərbaycan elmi üçün dəyərli elmi tədiqat işi olduğunu bildiriblər.

Sonda tədbir iştirakçıları institut əməkdaşlarının əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023