AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA-nın müxbir üzü Qorxmaz İmanov beynəlxalq konfransda iştirak edib
Apr 29, 2024 | 09:51 Konfranslar, iclaslar

İsveçrənin Cenevrə şəhərində İspaniya Kral İqtisadiyyat və Maliyyə Akademiyasının (RACEF) və İsveçrə Tətbiqi Elmlər Universitetinin təşkilatçılığı ilə “Dünyada baş verən qeyri-müəyyən hadisələrin iqtisadiyyata təsiri” mövzusunda beynəlxalq konfransda keçirilib.

Konfransda Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun İqtisadiyyatın qeyri-səlis modelləri laboratoriyasının müdiri AMEA-nın müxbir üzvü Qorxmaz İmanov “Qlobal qeyri-müəyyənlik faktorlarının Azərbaycan iqtisadiyyatına təsirinin qeyri-səlis təhlili” mövzusunda məruzə ilə çıxış edib.

Beynəlxalq konfransda dünyanın bir çox ölkəsindən, o cümlədən İspaniya, Portuqaliya, Polşa, Rumıniya, Ukrayna və s. iştirak edən alimlərlə birlikdə müxtəlif problemlər üzrə müzakirələr aparılıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023