Apr 19, 2024 | 09:50 Mühüm hadisələr
Belarus Milli Elmlər Akademiyasının “Navuka” qəzetinin 16 aprel tarixli növbəti buraxılışında AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri tarix elmləri doktoru, professor Məryəm Seyidbəylinin Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası Elmi şurasının üzvü qismində iştirak etdiyi beynəlxalq elmi dəyirmi masa haqqında məlumat yer alıb.
“Qardaş xalqların elmi yolu” sərlövhəli yazıda “Rusiya və Belarus elmşünaslıq məktəbləri” adlı beynəlxalq dəyirmi masa haqqında məlumat verilib, Azərbaycan, Belarus, Rusiya və digər ölkələrin aparıcı alim və sosioloqlarının iştirakı qeyd olunub.
Professor Məryəm Seyidbəylinin “Azərbaycanda elmşünaslığın inkişafının ilkin mərhələləri” adlı məruzəsi xüsusilə vurğulanıb.
Qeyd edək ki, tədbir Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası Elmi şurasının, Belarus MEA Sosiologiya İnstitutunun və Rusiya EA S.İ.Vavilov adına Təbiət Elmləri və Texnologiyalar Tarixi İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilib.