AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Filosof alim İndoneziyada keçirilən beynəlxalq konfransda iştirak edib
Apr 15, 2024 | 10:12 Mühüm hadisələr

АMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Xatirə Quliyeva Əhməd Dahlan Universitetinin, Kipr Elm Universitetinin, Gjakova Universitetinin, “Fehmi Agani”, Buxarest Universiteti, Dauqavpils Universiteti, The Quarda Politexnik İnstitutu, Vilnüs Tətbiqi Elmlər Universitetinin, Qazax Milli Pedaqoji Abay Kunanbayev adına Universitetinin, Rohempton Universiteti, Daşkəndin Səmərqənd filialı Dövlət İqtisadiyyat Universitetinin, Vytautas Magnus Universitetinin, Pakistan, Lahor Qızlar Universitetinin (Kollecinin), Beynəlxalq Vizyon Universitetinin, Prizren Universiteti və Kolegji Universitetinin,  Polatava Dövlət Tibb Universiteti və Nyangani Virtual Universitetinin birgə təşkilatçılığı ilə  İndoneziya Respublikasında keçirilən 11-ci beynəlxalq İqtisadiyyat və Sosial Elmlər [E&SS2024] konfransında sessiya sədri təyin edilmiş  və “Dünya Sənayə İnqilabları və Süni İntellekt Sisteminin  İnkişafı” (World İndustrial Revolutions and the Development of Artificial İntelligence  System) mövzusunda məruzə ilə iştirak etmişdir.

Fəlsəfə elmləri doktoru Xatirə Quliyevaya ECLSS com. Beynəlxalq Konfrans Təşkilatının 11-ci Beynəlxalq İqtisadiyyat Konfransında dünya elmi fikrində ən aktual  problemlərdən biri kimi maraq doğuran mövzuda çıxışına görə və konfransın işində sessiya moderatoru olaraq fəal iştirakına görə ECLSS com. 11-ci Beynəlxalq İqtisadiyyat və Sosial Elmlər [E&SS2024] Konfransının sertifikatı ilə təltif olunub.

Qeyd edək ki, 2023-cü ildə İndoneziyanın Pedaqogika və Təhsil Elmləri Jurnalı (Journal of Pedagogy and Education Science) fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “World Famous Scientist Lutfi Zade's Azerbaijan "Era" in the Context of History Philosophy” məqaləsini (DOI: 10.56741/jpes.v2i02.321..pag.156-170.https:// journal.iistr.org/ index.php/ JPES/ article/ view/321)  dərc etmişdir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023