AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutunda şumer mədəniyyətinə və ədəbiyyatına həsr olunmuş seminar keçirilib
Apr 03, 2024 | 17:52 Konfranslar, iclaslar

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda fəlsəfə və elmlər doktorluğu üzrə təhsil alan doktorant və dissertantlar üçün seminarlar davam edir.

Aprelin 3-də keçirilən növbəti seminar “Şumer mədəniyyəti və ədəbiyyatı haqqında ümumi məlumat. Şumer məktəb mətnləri” mövzusunda olub. Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü seminarın mövzusu haqqında məlumat verərək məruzə üçün sözü Asiya-Sakit okean regionu ölkələri şöbəsinin böyük elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Nuriyevaya verib.

Sevinc Nuriyeva seminarda şumerlərin mədəniyyəti haqqında geniş məlumat verib, ilk yazı sistemi mixi yazılar və yazılı abidələrdən nümunələri sistemli şəkildə təhlil edib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb.  

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023