AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Dünya sənaye inqilabları və dünyagörüşü konsepsiyası
Feb 26, 2024 | 12:05 Yeni nəşrlər

IV yaz

Əvvəli

Real, gerçək faktlardan çıxış edərək deyə bilərik ki, Azərbaycan xalqının Ulu Öndəri, tarixi şəxsiyyət Heydər Əliyevin 40 illik bir dövrü əhatə edən dövlət quruculuğu siyasətində sosial-inkişaf proqramın əhəmiyyəti Dünya Sənaye İnqilabları mövzusunun kontekstində də elmi-nəzəri mahiyyətdə təsdiqlənir. Azərbaycan xalqına məxsus bütün geosiyasi yeraltı və yerüstü milli sərvətlər, milli iqtisadiyatımız, milli mədəniyyyətimiz, milli elmimiz, milli təhsilimiz, milli ədəbiyyatımız, milli teatrımız, milli musiqimiz, milli muzeylərimiz, milli məscidlərimiz, milli kitabxanalarımız, milli idmanımız, milli səhiyyəmiz və həyatın neçə-neçə sahəsi Heydər Əliyevin müdrik siyasəti, böyük zəhməti, peşəkar idarəçilik imkanları III Dünya Sənaye İnqilabının məzmununa uyğun və sistemli şəkildə dəyərləndirilib, inkişaf etdirilərək milli dövlət ideyasına tam cavab verən səviyyəyə yüksəlmişdir. Bu həm də estetika elminin praktik aləmdəki estetik gözəllik sahəsi vardır və onun predmetinə uyğun gələn Azərbaycanın dövlət quruculuğu siyasətində sistemli Sosial-İnkişaf Proqramı modeli olaraq da böyük əhəmiyyət kəsb edir və elmi təhlillər üçün üfüqlər açır.

Heç şübhəsiz ki, Dünya Sənaye İnqilabları və Sosial-iqtisadi İnkişaf Proqramı dedikdə fikrimizdə dövlətin sosial rifah mahiyyətində sosial-mədəni və iqtisadi-mədəni inkişafını, praktiki quruculuğu əks etdirən şəhərlər, kəndlər, küçələr, yollar, parklar,  biri-birindən yaraşıqlı yaşayış binaları, tarixi və müasir məzmunlu abidələr, qurğular, o cümlədən metro stansiyaları, körpülər, zavodlar, fabriklər, muzeylər, kitabxanalar, idman kompleksləri, habelə dini-mənəvi ocaqlar - məscidlər, pirlər, teatrlar, simvolik barilyeflər, müxtəlif məişət və s. obyektlər canlanır.

Hələ bunların estetik “gözəllik” keyfiyyətləti ilə bərabər ekologiya, tibb, idman və s. kimi sahələrdə sosial-mədəni inkişafı şərtləndirən faydalıqları ayrıca elmi mövzudur ki, bu təbiətdəki və praktik aləmdəki gözəlliklərlə siyasətin vəhdəti, xüsusilə estetik gözəllik hadisəsi ilə siyasi fəaliyyətin  qarşılıqlı əlaqəsi məsələlərini ehtiva edir. Bu baxımdan Ulu öndər Heydər Əliyevin uzun onillikləri əhatə edən siyasi hakimiyyəti dövründə həyata keçirdiyi Sosial-iqtisadi İnkişaf Proqramı III Dünya Sənaye İnqilabının xarakterinə uyğun olmuşdur və xüsusilə bu problemin aktuallıqla gündəmdə olduğu indiki mərhələdə tarix və müasirlik kontekstində yeniliyi ilə diqqəti cəlb edir. III Dünya Sənaye İnqilabının Azərbaycanda necə cərəyan etdiyini öyrənmək üçün Ulu öndər Heydər Əliyevin keçən əsrin 60-cı illərindən əsrin sonuna kimi fəaliyyətini diqqətlə izləmək zəruridir. Heydər Əliyevin zəngin fəaliyyətində bu mövzu həm fəlsəfə elmi sahəsində - həm müasir siyasət, həm sosial fəlsəfə və ekologiya, həm estetika və həmçinin də Azərbaycan çoxmillətli ölkə ölduğu üçün multikulturalizm kontekstlərində maraq doğurur.    

Biz Dünya Sənaye İnqilabının Azərbaycanda təzahürləri istiqamətindəki təhlillərimizə Ulu Öndəri Heydər Əliyevin 1993-cü ildə “Sobesednik”ə verdiyi müsahibə ilə başlamaq yerinə düşər. Heydər Əliyev müxbirin “Deməli Siz xarakter etibarilə yaradıcı adamsınız. Həyatınız boyu heç dağıtmamısınız? – sualına belə cavab verir: “Bakıdakı uçuq-sökük daxmaları dağıtmışam. Adamlar həmin daxmalarda yaşamır - zillət çəkirdilər. Biz həmin adamları abad mənzillərə köçürdük. Həyatım boyu yaxşı çox şey “tikmişəm” (Heydər Əliyev Müstəqilliyimiz əbədidir. 2-ci kitab. Bakı., Azərnəşr. 1997. səh.50).

Bu iqtibasdan ucalan ideya Ulu Öndəri Heydər Əliyevin dövlət quruculuğu siyasətinin Dünya Sənaye İnqilabları ənənəsinin III dövrünün Sosial-Iqtisadi İnkişaf Proqramına uyğunluğunu məzmun və mahiyyətcə təsdiq edir.

Heydər Əliyevin Dünya Sənaye inqilabları ənənəsinin III dövrünün çağırışlarına yüksək səviyyəli Sosial-iqtisadi İnkişaf Proqramına sistem halında yanaşılması reallıqlarını elmi-obyektivliklə əsaslandıran başqa bir misal: “...Mən mədəniyyətə öz münasibətimi əməli işimlə həmişə bildirmişəm. Vaxtilə memarlarla da dəfələrlə görüşmüşəm və memarlığa xüsusi hörmətim var. Burada işlədiyim dövrdə tikilən binalarda, yaranan şəhərlərdə Azərbaycan memarlığının inkişaf etdirilməsinə çalışmışam. Bakının və ayrı-ayrı digər şəhərlərimizin tikilməsi, inkişaf etdirilməsi ilə əlqədar layihələrə birlikdə baxıb, öz mülahizələrimi bildirmişəm. Hətta zavod tikiləndə, Bakı kondisionerlər zavodu tikiləndə də mən onun memarlıq cəhətdən gözəl olmasına çalışırdım. Həmin zavodda olanlar görüblər ki, onun xarici görünüşü memarlıq cəhətdən dəyərlidir” (Heydər Əliyev Müstəqilliyimiz əbədidir. 2-ci kitab. Bakı., Azərnəşr. 1997. səh.13).

Hər bir Siyasi Liderin Dövlət Quruculuğu Siyasətində Sosial-iqtisadi İnkişaf Proqramı xüsusi yer tutduğu kimi III Dünya Sənaye inqilabının ideya istiqamətlər hər bir ölkənin və şəhərin həyatında mühüm olan praktik “gözəllik” sahəsi - muzeylər xüsusi yer tutmuşdur. Heydər Əliyevin bu sahənin inkişafı ilə bağlı gördüyü işlər öz dövründə olduğu kimi, indi də  mühüm  əhəmiyyət kəsb edir.  

Belə ki, Heydər Əliyev 1970-ci illərdən başlayaraq muzey işinin zənginləşməsinə çalışmışdır. 1980-ci ildə Muzey İşinin İnkişafı Haqqında Qərar qəbul edilməsi Heydər Əliyevin bu sahəni inkişaf etdirmək məramının ifadəsidir.

1982-ci il mart ayının 23-ü Bakı şəhərində Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının möhtəşəm abidəsinin və ev muzeyinin açılışı olmuş, təntənəli yubiley gecəsi keçirilmişdir. Abidənin ucaldılmasının, Cəfər Cabbarlının muzeyinin yaradılmasının, görkəmli dramaturqa həsr olunmuş yubiley gecəsinin keçirilməsinin təşəbbüskarı  da məhz Heydər Əliyev olmuşdur.

Ulu öndər Heydər Əliyevin ayrı-ayrı sənətkarların həyat və yaradıcılığına həsr olunmuş ev muzeylərinin yaradılması ilə bağlı qərarları sistem halında Azərbaycanın bütün rayon və kəndlərini də əhatə etmiş, hətta bu tarixi əhəmiyyətli iş Azərbaycanın “Tarix-Diyarşünaslıq muzeyləri”nin yaradılması hadisəsi ilə daha  da genişlənmişdir.

Ölkəmizin müstəqillik qazandığı dövrdə hakimiyyətə ikinci dəfə gələn Heydər Əliyev SSRİ daxilində, deməli, çox böyük maneələrin yaşandığı totalitar şəraitdə təməlini qoyduğu mühüm tarixi əhəmiyyətli mili dövlət quruculuğunun məqsədini hər sahədə, o cümlədən muzeylər, diyarşünaslıq muzeylərinin yaradılması, inkişaf etdirməsi istiqamətində də davam etdirmişdir.

Bu fikrimizi keçmiş Lenin adına Mərkəzi Muzeyin Bakı flialının Azərbaycan Xalçası (sonradan ayrılmışdır) və Xalq tətbiqi sənəti, Teatr, Azərbaycan İstiqlal və Din tarixi muzeylərinə habelə, Bakı Şəhər Partiya Komitəsinin binasının R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinə  verilməsi hadisəsi təsdiqləyə bilər.

Hazırda Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin nəzdində fəaliyyət göstərən “Muzeylər İdarəsi”nin yaradılması da xalqımızın Ulu Öndəri, tarixi şəxsiyyət Heydər Əliyevin III Sənaye İnqilabı dövründə Dövlət Quruculuğu Siyasətində Sosial İnkişaf Proqramının tərkib hissəsidir. 

Ulu öndər Heydər Əliyevin ölkədə muzey işinin genişləndirilməsinə diqqət və qayğısını onun muzeylər, ev muzeyləri, memoriallarla şəxsən maraqlanması, onların açılışında iştirak etməsi, mütəmadi olaraq yeni yaradılan ekspozisiyalarla tanış olması, onlara münasibətini bildirməsi, bu sahənin inkişafı üçün öz tövsiyə və tapşırıqlarını verməklə Azərbaycanın tarixini, diyarşünaslıq mədəniyyətini  özündə yaşadan bu mənəvi abidə mirasların qorunmasına birbaşa güclü təsir  göstərməsi böyük dövlət xadiminin Dünyada cərəyan edən III Sənaye İnqilabı hadisəsini öz səmərəli fəaliyyəti ilə dəstəkləməsinə əsaslı nümunədir. 

“Heydər Əliyev və Muzeylərimiz” adlı kitab Ulu öndərin bu sahədəki fəaliyyətinin yığcam səlnaməsi kimi diqqəti cəlb edir. Kitabdan oxuyuruq: “Heydər Əliyevin yaradıcı insanlara qayğısı göz qabağındadır. Ayrı-ayrı şəxsiyyətlərə abidələr ucaldılması, onların yubileylərinin yüksək səviyyədə keçirilməsi və bu tədbirlərdə Heydər Əliyevin şəxsən iştirakı onun mədəniyyətimizə  tükənməz məhəbbət və qayğısının ifadəsidir. Məhz onun təşəbbüsü ilə Azərbaycan xalqının yetirdiyi böyük şəxsiyyətlərin – Üzeyir Hacıbəyovun, Səməd Vurğunun, Hüseyn Cavidin, Cəfər Cabbarlının,  Bülbülün, M.S.Ordubadinin, Niyazinin xatirə muzeyləri yaradılmış və muzeylər mədəni irsin toplandığı və qorunduğu müqəddəs yerlərə çevrilmişdir” (Heydər Əliyev və muzeylərimiz. B.,Şur, 1999) .    

1980-ci ildə qəbul edilmiş “Muzeylər Haqında Qərar”ın tərkib hissəsi olan “Tarix-Diyarşünaslıq Muzeyləri” şəbəkəsi bu gün də öz əhəmiyyətini qoruyur.

1980-1982-ci illərdə respublikanın 30-dək rayon mərkəzində, o cümlədən Astara, Ağcabədi, Neftçala, Salyan, Yardımlı, Şərur, Ordubad, Şahbuz, Qusar, Sabirabad, Oğuz, İsmayıllı, Qax, Laçın, Qubadlı və başqa rayonlarda Tarix-Diyarşünaslıq muzeylərinin yaradılması buna yaxşı misaldır.

Bundan başqa, Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə yeni bina verilmiş, Nizaminin, Cəlil Məm­məd­qu­lu­za­­­dənin, Hüseyn Cavidin xatirə və ev muzeyləri açılmışdır. Res­pub­li­ka­mızda Beynəlxalq Muzeylər şurasının Azərbaycan Milli Komitəsinin yaradılması hadisəsi də bu qəbildən olan uğurlu işlərdəndir.

Azərbaycanın müstəqillik illərində Ulu Öndər Heydər Əliyevin muzeylər sahəsində həyata keçirdiyi ciddi işlər arasında respublikamızın işğal altında olan Qarabağ torpaqlarında talan edilmiş, dağıdılmış, “güllələnmiş” muzeylərimizlə bağlı məsələlər də xüsusi əhəmiyyət kəsb edir. Heydər Əliyev Ermənistanın 1988-1993-cü illərdə 12 muzeyimizə vəhşi münasibətini UNESCO və­ onun­ ix­ti­sas­laş­dı­rıl­mış təşkilatı olan Beynəlxalq Muzeylər Təşkilatı - İKOM-un qarşısında tə­ləb­kar­lıqla qaldırmış, bu mənəvi məsələ haqqında dünya ictimaiyyətinə rəsmi məlumatlar verilməsinə nail olmuşdur.

Ümummilli Lider Heydər Əliyevin siyasi-mənəvi mövqeyinin nəticəsi olaraq UNESCO İKOM-un Milli Komitəsinin Beynəlxalq təşkilatlara 1995-ci ildə “Cəbrayıl və Füzuli tarixşünaslıq muzeylərinin, Ü.Hacıbəyovun ev muzeyinin, Azərbaycan Xalçası Dövlət Muzeyi Şuşa filialının ən qiymətli əşyaları xilas edilsə də, keçmiş SSRİ-də yeganə olan Ağdam çörək muzeyi yerlə-yek­san­ edil­miş,­ dün­ya şö­hrətli Kəlbəcər və Laçın tarix-diyarşünaslıq muzeylərinin qiymətli və nadir əşyaları Ermənistana daşın­mışdır. ­Şuşa­ şəhə­rinin­ tarix­i mu­ze­yi­nin­,­ Qarabağ dövlət tarixi muzeyinin, Azərbaycan vokal sənətinin ə­sa­sı­nı­ qoy­muş­ bö­y­ük­ m­üğənni Bülbülün, görkəmli musiqiçi və rəssam­ Mir ­Möv­sün­ Nəv­vabın­ xatirə muzeylərinin, Ağdam, Qubadlı, Zəngilan tarix-diyar­şü­naslq­ mu­zey­ləri­nin fond­ları­ da­­ qarət edilmişdir.Qurban­ Pirimo­vun­ xatirə ­muzeyi, ­Rahib­ Məm­mədo­va­­dı­na­ dö­yüş­­ şöhrəti  muzeyi də  dağıdılmışdır” - məzmunda məktub  ün­van­lan­mış­dır (Muzey işi - mədəni quruculuğun  mühüm  amili http­://w­ww­.anl­.az/­dow­n/m­eqa­le/x­alq­qa­zeti­/20­11/­iyul­/19­149­0.h­tm­)

Burada Heydər Əliyevin muzeylərə verdiyi dəyəri təsdiq edən bir dəlil kimi onun Azərbaycana rəhbərliyinin ikinci mərhələsində, 24 mart 2000-ci il №839-IQ) “Muzeylər haqqında” Azərbaycan Respublikası Qanununun (Muzeylər haqqında Azərbaycan Respublikasının Qanunu “Azər­baycan” qəzeti. (22 iyun 2000-ci il, № 140) («VES Consultancy» LLC). http:/­/www­.­icher­isheher.gov.az/qanunlar,163/lang,az/) qəbul edilməsi hadisəsini qeyd etməyi  labüd hesab edirik.

5 fəsil, 28 maddədən ibarət “Muzeylər haqqında” Qanunda “Muzey fəaliyyəti sahəsində dövlət siyasətinin əsas prinsipləri və dövlətin vəzifələri – adlanan 2-ci maddədə muzey fəaliyyəti sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılar müstəqil Azərbaycan Respublikasında xalqın milli-mənəvi mirasına dövlət diqqət və qayğısı hərtərəfli və dolğun surətdə əks olunur (Muzeylər haqqında Azərbaycan Respublikasının Qanunu «Azər­baycan» qəzeti. (22 iyun 2000-ci il, № 140)(«VES Consultancy» LLC). http:/­/www­.­icher­isheher.gov.az/qanunlar,163/lang,az/).

Heydər Əliyevin müstəqillik illərindəki hakimiyyəti dövründə M.F.Axundov adına dövlət kitabxanasında keçirilən tədbirlərdə iştirakı, məzmunlu çıxışları, xalqın mənəvi xəzinəsi olan kitabxanalar və onların qoruyucusu - kitabxana işçiləri haqda müsbət fikirləri, respublikada kitabxana işinin yüksəldilməsi üçün qabaqcıl ideyalar irəli sürməsi faktları da bunu əyani  təsdiq edir.

Heydər Əliyev belə görüşlərin birində - “Vətənə, dövlətə, xalqa sədaqət andı” miniatür kitabının təqdimat sərgisindəki çıxışında kitabxananı “xalq, millət üçün cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyi hesab etdiyini bildirir, həmçının kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir, - deyərək hamını kitabxanalara, burada çalışanlara hörmət və ehtirama çağırırdı.

Yeri  gəlmişkən, qeyd edək ki, Heydər Əliyev kitab nəşri haqqında da dəyərli fikirlər söyləmişdir. Bu fikirlərdə kitab yaradıcılığının əhəmiyyəti ilə bərabər qarşıda duran problemlər də işıqlandırılır və onların həlli yolları göstərilirdi.

Məsələn, Heydər Əliyevin Respublika Milli Kitabxanasında (keçmiş M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasında) təşkil olunmuş təqdimat mərasimindəki müdrik çıxışı bu gün də əhəmiyyət kəsb edir. 

“Kitab nəşri hər bir xalqın mədəniyyətində ümumiyyətlə, ölkənin mənəvi, icimai həyatında çox görkəmli yer tutur. Hər birimiz ilk növbədə ancaq kitab vasitəsilə təhsil, elm almışıq, həyatda yaşamağa, fəaliyyət göstərməyə hazırlaşmışıq. Ona görə də hər birimiz kitablara borcluyuq. Həm kitabları yazıb-yaratmaq, həm də onları nəşr etdirmək əsas vəzifələrimizdən biridir. Bunun üçün mümkün olan bütün tədbirləri görməliyik. Mən respublikamızın prezidenti kimi bunu əsas vəzifələrimdən biri sayıram” (Heydər Əliyev Müstəqilliyimiz əbədidir. 3-cü kitab. Bakı. Azərnəşr. 1997. səh.413.)

Heydər Əliyevin dövlətin mənəvi kitab xəzinəsinə diqqət və qayğısı onun Dövlət Kitabxanasına özünün qiymətli kitablarından ibarət dolğun bir kolleksiyanı bağışlamasında öz ifadəsini tapmışdır.

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan xalqının Ulu Öndəri, tarixi şəxsiyyət Heydər Əliyevin Dövlət Quruculuğu Siyasətində Sosial İnkişaf Proqramı  həmişə dövlət qayğısı ilə əhatə olunmuş, inkişaf etdirilmişdir.

Heydər Əliyevin III Dünya Sənaye inqilabının çağırışlarına layiqincə cavab verməsi Azərbaycanda dövlət quruculuğunda zavod, fabrik və digər istehsalat sahələrinin yaradılması, yenidən qurulması proqramı yuxarıda da qeyd etdiyimiz kimi əsas təşkil etmişdir.

Ulu öndər XX əsrin 70-ci illərində ölkənin neft planını artıqlaması ilə yerinə yetirən, dövlət büdcəsinə yüz milyardlarla xeyir verən Bakı neft zavodlarının köhnə avadanlıqlarının yenilənməsi məqsədi ilə ciddi addımlar atmış, hətta müasir  avadanlıqlarla təchiz olunmuş iki böyük Neftayırma zavodunun tikilməsinə nail olmuşdur.

Bunun ardınca respublikanın ayrı-ayrı şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında, Sumqayıtda, Gəncədə, Mingəçevir şəhərində elektrotexnika, cihazqayırma, dəzgahqayırma, kimya zavodları yaradılmışdır.

1980-ci illərdə Azərbaycanda 300-ə yaxın yeni zavod, fabrik və müxtəlif müəssisələrin yaradılması ölkə iqtisadiyyatının inkişafına böyük təkan verməklə bərabər Heydər Əliyevin dövlət quruculuğu platformasındakı sistemliliyi və mükəmməlliyi təsdiq edirdi.

Azərbaycan  xalqının Ulu öndəri, dünya şöhrətli siyasətçi, milli Lider  Heydər Əliyevin III Dünya Sənaye İnqilabını gücləndirən tarixi quruculuq işləri sırasında görkəmli dövlət xadiminin şəxsi təşəbbüsü ilə Bakıda Kondisionerlər Zavodunun xüsusilə də iki il müddətinə tikilib istifadəyə verilməsi hadisəsi də böyük önəm daşıyır. Zavodun əhatə etdiyi 1500 min kilometr sahədə 4 min texnoloji və texniki avadanlıq quraşdırılmış, min kilometrə yaxın boru və kabel xətti çəkilmişdir.

Bütün tikililərin qarşısında isə “Bakı” sözü, məsələn, Bakı “Azon” zavodu, Bakı “Ulduz” zavodu, Bakı “Dərin özüllər” zavodu yazılırdı ki, bu da Heydər Əliyevin bu iqtisadi sahələrlə bərabər, Azərbaycanın paytaxtı Bakı şəhərini  dünyaya tanıtmaq məqsədini də ifadə edirdi.

Böyük milli lider, “siyasətçi memar” Heydər Əliyevin öz şəxsi təşəbbüsü ilə Azərbaycanın paytaxtı Bakı şəhərinin insan ayağı dəyməyən yerlərində yaradılan yaşayış massivləri də onun gələcək müstəqil Azərbaycan dövlətinin qurulacağına, müstəqilliyin möhkəmlənəcəyinə xeyli əvvəldən inamını, onun vətəndaşlarına sevgisini ifadə etməklə bərabər III Sənaye inqilabının dinamikasına uyğun fəaliyyətini göstərir. Məsələn, 1970-ci illərdə Bakıda “8-ci kilometr”, “Musabəyov”, “Əhmədli”, “Günəşli”, “Hövsan”, “Xırdalan” kimi irimiqyaslı qəsəbələr yardılmışdır.

“Gülüstan”, “Əl oyunları” sarayları, “Xoreqrafiya məktəbi”, ”Azərbaycan”, ”Abşeon”,  “Moskva”, ”Qarabağ”, ”Bakı” və başqa mehmanxanaları, ”Bakı”, ”Moskva” univermaqlarını, dövlər sirki, Aktyorlar evi, Bakı bulvarı, Dağüstü park, Milli Məclisin (keçmiş Ali Sovet) binası, onlarla bank, ali məktəb binası da bu illərdə tikilmişdir.

Məhz Heydər Əliyevin yüksək idarəetmə peşəkarlığı və ölkə vətəndaşlarına böyük diqqət və qayğısı nəticəsində keçən əsrin 70-ci illərində, yəni III Dünya Sənaye inqilabının “yenidənqurma”  mərhələsində “Ulduz”, “Əzizbəyov”, “Qara Qarayev”, “Neftçilər”, “Nizami”, “Elmlər Akademiyası”, “İnşaatçılar”, “20 yanvar”, “Memar Əcəmi” metro stansiyaları yaradılaraq insanlarımızın rifahını təmin etməklə bərabər, dövrün iqtisadi-ictimai strategiyasına Azərbaycan Respublikasının böyük tövhəsini təsdiqləyir. 

19 il fasiləsiz olaraq Bakının ən böyük Sabunçu (keçmiş Lenin) rayonunun sakinlərini respublikanın ali qanunvericilik orqanı Ali Sovetdə təmsil edən Heydər Əliyev çoxsayda praktik əhəmiyyətli quruculuq işlərinin təşəbbüskarı, memarı və siyasi baxımdan yaradıcısı olmuşdur.

Həmin illərdə nəinki Azərbaycan Respublikası miqyasında, hətta daxil olduğumuz SSRİ  regionunda məşhur olan Bakı Qaz Aparatları zavodu, Sabunçu rayonunda tikilmiş iki monumental körpü, neçə-neçə təhsil ocağı, yenidən qurulan Bakı Fəhləsi və Zabrat Maşınqayırma zavodları, Geofizcihaz İstehsalat Birliyi, Balaxanı Neft İdarəsi, Keyfiyyət Evi binası və başqa müəssisələr, yaşayış massivləri və digər obyektlər yüksək siyasi peşəkarlığa malik Heydər Əliyevin III Dünya Sənaye İnqilabına münasibətinin, həmçinin uzaqgörən müdrik Dövlət Quruculuğu Siyasətində Sosial İnkişaf Proqramının nəticəsi idi.

Bu məqamda Rusiyanın “Nezavisimaya” qəzetinin müxbiri Viktoriya Panfilovanın “Heydər Əliyev uğurlarının formulası” adlı məqaləsində paylaşdığı fikirləri nəzərdən keçirmək yerinə düşər. 

“Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə – mahiyyətcə milli lider postuna, Sosialist Əməyi Qəhrəmanı adına layiq lider idi. Bu 10 ildə Azərbaycanın sənaye potensialı iki dəfədən çox artdı. Onun şəhər və kəndlərinin siması tanınmaz dərəcədə  dəyişdi. 15 respublikadan yalnız Rusiya və Azərbaycan SSRİ-in dövlət büdcəsindən subsidiyalara yol vermədi. Gələcəyin prezidenti Heydər Əliyev o vaxtlar doğma respublikanın çiçəklənməsi haqqında taleyinə minnətdarlıqla yazırdı: “Gözəl illər idi. ...İşdən sonra mən evə getmədən “gələcək” üçün yeni  planlar düşünərdim. Düşünürdüm  vəzifəmin mənə verdiyi imkanlardan necə istifadə edim ki, xalqıma faydalı olsun”. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər yaradıcılıq və quruculuq mərhələsi oldu. 313 sənaye müəssisəsi tikilib istifadəyə verildi. Azərbaycan xalq təsərrüfatının müxtəlif sahələrində inkişaf uğurlarına görə ardıcıl olaraq 12 dəfə qalib gəldi” (Панфилова Виктория.Формула успеха Гейдара Алиева http://vestikavkaza.ru/articles/Formula-uspekha Geydara- ­Alieva-1.html).     

Məqalə müəllifi, həmçinin “Sovet İttifaqı Nazirlər Sovetində xidmət vəzifəsinə gəldikdə, Elmlər Akademiyası,  Mədəniyyət  Nazirliyi, Dövlət Televiziya və Radio Şurası, səhiyyə və təhsil, mühəndislik, ticarət, yüngül sənaye, nəqliyyat və kommunikasiyaların bütün növlərinə rəhbərlik etmişdir. Onun təşəbbüsü ilə ilk kompleks diaqnostika mərkəzləri yaradılmışdır. Onun dəstəyi sayəsində  sovet cərrahlarına ilk əməliyyatları açıq ürəkdə aparmağa icazə verildi. Əliyev Göz Mikrocərrahi Mərkəzinin açılışına kömək etdi. Svyatoslav Fyodorov və onun üçün Volqa boyunca seyr edən çay qayığında bir mobil laboratoriya yaradılması üçün lobbiçilik etdi” (Панфилова Виктория. Формула успеха Гейдара Алиева http://vestikavkaza.ru/articles/Formula-uspekha Geydara- ­Alieva-1.html), - kimi dolğun faktlarla Azərbaycan xalqının yetirdiyi tarixi şəxsiyyətin ömür yolunu və dövlət quruculuğu fəaliyyətini işıqlandırmış, eyni zamanda Azərbaycanın güclü Liderlə III Dünya Sənaye İnqilabında səmərəli iştirakını faktlarla əsaslandırmışdır.

“Heydər Əliyev SSRİ-nin prezidenti olsaydı” (Панфилова Виктория.Формула успеха Гейдара Алиева http://vestikavkaza.ru/articles/Formula-uspekha Geydara- ­Alieva-1.html) adlı digər bir araşdırma yazısında da xalqımızın Ulu öndəri Heydər Əliyevin qeyri-adi fitri qüvvə ilə III Dünya Sənaye inqilabı  dövründə həyata keçirdiyi tarixyüklü siyasi xidmətlər, ən əsas məsələ, bənzərsiz  siyasi Liderin SSRİ-i zamanında, dünyanın ikinci nəhəng imperiyasının prezidenti olacağı təqdirdə Rusiya və onunla birlikdə 15 respublikanın inkişafını şərtləndirən islahatlar, bu günün özündə belə işlək olan önəmli faktorlar (məsələn, V.Putinin 2012-ci ilin dekabrında imzalamış olduğu Təhsil haqqında Rusiya qanunun əsas bazası Heydər Əliyev tərəfindən 1980-ci ildə hazırlanmışdı) ətraflı şərh olunur (Панфилова Виктория.Формула успеха Гейдара Алиева http://vestikavkaza.ru/articles/Formula-uspekha Geydara- ­Alieva-1.html).  

Məqalədə xüsusilə önə çəkilən aşağıdakı iqtibasdakı  fikirlər Heydər Əliyevin həm milli dövlət quruculuğu fəaliyyətini, həm də  onun milli  lider, Ulu öndər təbiəti, peşəkarlığını ətraflı təhlil edən  misallar baxımından düşündürür: “Heydər Əliyev Moskvada SSRİ hakimiyyətində gərgin və məsuliyyətli dövlət xadimi vəzifəsində çalışmasına, bir çox sahələrdə məşğul olmasına baxmayaraq respublikanın inkişaf  nəbzini tuturdu. Bu mərhələni “Əliyev Azərbaycan üçün”, “Əliyev Rusiya üçün” adlandırmaq olar. O, Rusiya və Azərbaycan ziyalılarının, Sovet İttifaının yüksək hakimiyyət strukturlarında azərbaycanlıların müqəddəratının “self-made” uğur qarantına çevrildi. Təsadüfi  deyil ki, sovet dövründə də, postsovet mərhələsində də Heydər Əliyevi Azərbaycan Atatürkü adlandırmışlar. Digər tərəfdən, Moskvada super gücün liderlərindən biri olaraq məhz O, daha genişmiqyaslı tarixi irs qoymuşdur (Панфилова Виктория.Формула успеха Гейдара Алиева http://vestikavkaza.ru/articles/Formula-uspekha Geydara - ­Alieva-1.html). 

Məqamı olduğu üçün biz  xalqımızın Ulu  Öndəri, tarixi şəxsiyyət Heydər Əliyevin 40 illik bir dövrü əhatə edən Dövlət Quruculuğu Siyasətində Sosial İnkişaf Proqramı məsələsinin onun SSRİ-nin yüksək vəzifələrində təmsil olunarkən tarixyüklü hadisələrdə super uğurlu fəaliyyətini təsdiq edən başqa faktlara da diqqət yönəltmək istəyirik.

Məsələn, Heydər Əliyevin SSRİ siyasi rəhbərliyində təmsil olunduğu dövrdə böyük  dövlət xadimi təcrübəsi ilə, peşəkarlıqla həllinə nail olduğu nəhəng tarixi və sosial-siyasi işlərdən biri Baykal Amur Magistralının tikintisi olmuşdur.

İlk öncə qeyd edək ki, Baykal Amur Magistralının tikintisi layihəsi III Dünya Sənaye inqilabının Rusiya məkanında siyasi və iqtisadi, eyni zamanda sosial-mədəni baxımdan strateji əhəmiyyət kəsb edirdi. Baykal Amur Magistralının tikintisi layihəsinə hələ 1888-ci ildə, yəni III Aleksandrın  Rusiyaya başçılıq etdiyi dövrdə başlanılsa da iş tamamlanmamış, 1914-cü ildə II Nikolay bu layihə üçün sənəd imzalamış, hətta layihə xəritəyə belə daxil edilmiş,  lakin buna baxmayaraq yenə nəticəsiz qalmış, İ. Stalin 1932-ci ildə yenidən BAM tikintisi məsələsinə qayıtmış və hökumətə bu məsələni həll etmək üçün 3 il vaxt vermişdir. Lakin Stalin hökmranlığı, sərt şərtlər-əhalinin bütün təbəqələrindən olan kütlənin bu ümümxalq işinə cəlb olunması 1937-ci ilə kimi davam etsə də dünya müharibəsinin başlaması ilə bağlı yenə yarımçıq qalmışdır. Rusiya BAM tikintisinə dördüncü dəfə - 1974-cü ildə təkrar start versə də idarəçiliyin qeyri-peşəkarlığı səbəbindən layihə yenə bütünlüklə tamamlanmamışdır.

Bir tarixi hadisədir ki, yalnız Heydər Əliyevin cəsarəti sayəsində 1983-ci ildə Baykal Amur Magistralının layihənin icrasına başlanılır. Şəhərlərin salınmasını, minlərlə kilometr yolun, körpünün çəkilişini və s. quruculuq işlərini əhatə edən dünya səviyyəli  BAM-ın tikintisinin bir il ərzində həyata keçirilməsi həqiqətən də Heydər Əliyev şəxsiyyətinin əfsanəvi lider qüdrətindən xəbər verirdi. Maraqlıdır ki, bu nəhəng tikintinin qarşısı 3 siyasi hadisə səbəbindən- birinci, ikinci dünya müharibələri və  “yenidənqurma” təkanları ilə bağlı olaraq alınmışdır. Xarakterik bir misal gətirə bilərik. Belə ki, 1985-ci ilin yanvar ayında 1984-cü ilin yekunlarının müzakirəsində bu məsələ ilə bağlı Heydər Əliyevin çıxışı dinlənilmiş və müsbət qiymətləndirilmişdir. Məhz 1985-ci ilin martında M.Qorbaçovun Sov..İKP MK Baş katibi seçilməsi ilə bütün ölkədə cərəyan edən “yenidənqurma” işləri BAM  tikintisindən də yan ötmür, Rusiya üçün mühüm əhəmiyyət daşıyan, strateji layihədə böhran başlayır.

Lakin Heydər Əliyevin 1974-cü ildə hələ Azərbaycana rəhbərlik etdiyi vaxtlardan BAM tikintisinə göstərdiyi diqqət, 1983-cü ildə SSRİ rəhbərliyində təmsil olunarkən bu ağır quruculuq sahəsini canlandırıb demək olar ki, sona çatdırması tarixdə öz layiqli izini qoya bilmişdir. Buna əyani misal kimi BAM-da Heydər Əliyevin adının onun ideyası ilə salınmış və əhalisinin üçdə birinin Azərbaycanlılardan ibarət olduğu qəsəbəyə verilməsi faktını göstərmək olar.

Bu da III Sənaye İnqilabı dövründə Heydər Əliyevin milli dövlət qurucusu, milli lider taleyinin xeyli əvvəldən görünən həqiqətlərindəndir. Beləki, Heydər Əliyev Azərbaycandan təxminən 10 min kilometr uzaqlıqda olan BAM-da yaradılan yaşayış obyektlərinə, yollara, körpülərə və s. Azərbaycan milli ornamentlərini verməklə, xalqımızın ruhunu ifadə edən koloritləri daşlar, qurğular üzərinə həkk etdirməklə  “gizlində”- ürəyinin dərinliklərində yaşatdığı milli müstəqil dövlət quruculuğu ideallarını və həmçinin də siyasətdə peşəkarlığını   təsdiq etmiş, eyni zamanda Azərbaycanın dünya iqtisadi tərəqqi proqramında təmsil olunmasını həyata keçirmişdir.

Ulu öndər Heydər Əliyevin  peşəkar siyasətçi  olduğunu göstərən başqa bir misal. Heydər Əliyev həmin vaxtlar dünyanın iki imperiyasından biri olan sovet siyasi quruluşunda  SSRİ  Nazirlər Soveti sədrinin birinci müavini, deməli, mühüm vəzifə sahibi ikən SSRİ-nin təhsil sisteminə, o cümlədən sovet məktəblərində islahatlar komissiyasına (RF-nın H.Əliyev  rəhbərliyi ilə hazırlanmış və 2012-ci ilə kimi qüvvədə olmuş Təhsil Qanunu burada istisna deyil-X.Q) o cümlədən, 14 nazirliyə, dövlətin iqtisadi əsasını təşkil etmiş bütün nəqliyyat növlərinə, qaz istehsalına, sosial sahəyə rəhbərlik etməsi və bu istiqamətdə əldə etdiyi nailiyyətlər  III Sənaye İnqilabının nəticələri kimi əhəmiyət kəsb edir. Məsələn, Heydər Əliyev 1984-cü il kimi Rusiyanı ən şaxtalı ildə peşəkar siyasəçi kimi ölkəni xilas etmişdir ki, bu hadisə xaricdə belə yüksək  əsk-səda doğurmuşdur” (Странитцы.http://www.sultanov. azeriland.com /books/proti vostoyanie /pages/p age0 4 .html).     

Beləcə, III Sənaye İnqilabının nəticələri kimi əhəmiyət kəsb edir. Məsələn, Heydər Əliyev 1984-cü il kimi Rusiyanı ən şaxta Dövlət Quruculuğu Siyasətində yüksək peşəkarlıq keyfiyyətləri görkəmli dövlət xadimi Heydər Əliyevin onillər boyu yeritdiyi daxili və xarici siyasətin saysız-hesabsız sahəni, o cümlədən Sosial-İqtisadi İnkişaf Proqramını əhatə edən çoxsaylı problemlərinin düzgün həllində əksini  tapmışdır.

Yeri gəlmişkən, xüsusi olaraq vurğulamaq istərdik ki, Ulu öndər Heydər Əliyev sahibi olduğu siyasəti həm bir elm hesab etmiş, həm də  sənətkarlıq kimi dəyərləndirmişdir. Heydər Əliyev siyasəti elm və sənət mahiyyətində  özünəməxsus orjinal şəkildə qiymətləndirərkən yeritdiyi dövlət siyasətinin tərifini belə şərh etmişdir: “Şübhəsiz ki, bütün elmlər cəmiyyət üçün, xalq üçün, bəşər üçün əhəmiyyətlidir. Amma siyasət elmi fəaliyyət göstərmək, həm də bu sahədə nailiyyətlər əldə etmək, siyasətin elmi əsaslarını mənimsəmək və siyasəti bu əsaslar üzərində aparmaq böyük məharət, böyük fitri istedad tələb edir” (Heydər Əliyev Müstəqilliyimiz əbədidir.5-cikitab,Bakı;Azərnəşr-1998.500 s.).

Tam məntiqi və qanunauyğun bir haldır ki, Heydər Əliyev III Sənaye İnqilabının məzmununa uyğun olaraq  Sosial-İqtisadi İnkişaf  proqramına uyğun olaraq yaranan straateji tikililərin təkcə rəsmiləşdirilməsi üçün fərmanlar, sərəncamlar imzalamır, yalnız rəsmi sənədlərin gerçəkləşməsinə nəzarət etmir, həm də bir memar kimi bu mənəvi irsin yüksək səviyyədə yaradılması, dərin məzmun daşıması üçün öz tövsiyələrini verir, ən əsas da meydana çıxacaq və xalqın əsrlər boyu faydalanacağı abidələrin və s. milli koloritlərlə zəngin olması tələbləri ilə çıxış edirdi.

Bu baxımdan Ulu öndər Heydər Əliyevin xalqımızın görkəmli dramaturqu Hüseyn Cavidin məqbərəsinin və ev muzeyinin yaradılması ilə bağlı keçirilmiş müşavirədə çıxışı xüsusilə diqqət cəlb edir.

“Əsas fikrim belədir: qəbir məqbərənin içində olsun və orada elə bir şərait yaradılsın ki, insan girib orada ziyarət edə bilsin,qəbrin yanında dursun, düşünsün.Məqbərənin o tərəfdən, bu tərəfdən açıq olmasının tərəfdarı deyiləm. Tarixən yaradılan məqbərələrin də hamısı tamam örtülü olmayıb. Məsələn, Möminə Xatun məqbərəsi tam qapalıdır, ancaq haradansa yuxarıdan bir balaca işıq düşür. Belə də olmalıdır. Bayaq Molla Pənah Vaqifin məqbərəsini ona görə yada saldım ki, o həm  qapalı idi, həm də hər yerdən içəriyə işıq düşürdü.  ...Sözsüz ki, biz bu layihələrdə müasirliyi nəzərə almalıyıq. Həm də burada Azərbaycanın  milli memarlıq ənənələri nəzərə alınmalı və orada bunun nəticələri olmalıdır.Bu mütləq lazımdır”(Heydər Əliyev.Müstəqilliyimiz əbədidir.5-cikitab,Bakı;Azərnəşr-1998.500 s.).

Tarixə eksklüziv nəzər yetirdikdə Heydər Əliyevin III Dünya Sənaye İnqilabı dövrünə təsadüf edən 40 illik siyasi fəaliyyəti dövründə Sosial-İqtisadi İnkişaf Proqramı istiqamətindəki  praktiki işlərlə paralel olaraq milli siyasət, milli iqtisadiyat, milli təhsil, milli mədəniyyət və bütün sahələr eyni səviyyədə diqqətdə saxlanılaraq Müstəqil Dövlət Quruculuğu Siyasətində dövlət qayğısı ilə əhatə olunmuş, inkişaf etdirilmişdir.  

Təhlillərimizin bu istiqamətində qeyd etmək yerinə düşər ki, III Dünya Sənaye İnqilabı dövrünün sonlarında Ulu öndər Heydər  Əliyevin (1990-1993-cü illər ərzində) Naxçıvan Muxtar Respublikasında tale və tarixyüklü fəaliyyəti onun IV Sənaye İnqilabının nəticələrindən faydalanaraq “bir addımlıqda” olan Müstəqil Azərbaycan Dövlətinin  daha güclü iqtisadi  bünövrəsini qurmaq əzmini dolğun ifadə edirdi.  Heydər  Əliyevin  Sosial-İqtisadi və Sosial-mədəni, bütövlükdə  dövlət idarəçilik  Proqramı modelinin təcrübəyə tətbiqininin  tarixi nümunəsidir.

Aşağıdakı iqtibasdakı fikirlər Ulu öndər Heydər Əliyevin Nax­çıvan Muxtar Respublikasında yaşayıb fəaliyyət göstərdiyi, əsl həqiqətdə Azərbaycanın blokada şəraitində olan vətəndaşlarının bütün ehtiyaclarını nəzərə alaraq həyata keçirdiyi Sosial-İqtisadi İnkişaf Proqramını  dolğun ifadə edir.    

Beləki, Ulu öndər Heydər Əliyev yazıçı Aleksandr Proxorovla müsahibəsində Naxçıvanın blokada dövründə orada olarkən qarşılaşdığı problemlərdən bəhs edərkən respublikamız üçün çox böyük tarixi əhəmiyyəti olan İran və Türkiyə Respublikalarına yol çəkilməsi məsləsini də vurğulayır ki, bu da heç şübhəsiz, Ulu öndərin yuxarıda da qeyd etdirimiz kimi həm milli dövlət quruculuğu siyasətində Sosial -İqtisadi İnkişaf Proqramını, həm də III Dünya Sənaye İnqilabının dünyanın qabaqcıl ölkələrindəki tərəqqi modelinə səs verməsini əyani sübutlarla təsdiqləyir:

“İran və Türkiyə rəhbərləri ilə aramızda şəxsi dostluq münasibətləri yarandı. İran prezidenti öz təyyarəsini Naxçıvana göndərdi. Mən Tehrana gedib onunla yardım barəsində razılığa gəldim. Biz elektrik xətti çəkdik və İrandan enerji almağa başladıq. Eləcə də, yanacaq və ərzaq...  Türkiyə prezidenti Dəmirəlin özü mənə 100 milyon dollar kredit təklif etdi.  O da öz prezident təyyarəsini göndərdi və mən onun yanına, Ankaraya uçdum. Mən   Türkiyəyə yol çəkdim. Araz çayı üstündən körpü saldırdım və mal təchizatını təşkil etdim”(Heydər Əliyev Müstəqilliyimiz əbədidir.2-ci kitab.Bakı.,Azərnəşr.1997.səh.59).

İqtibasdakı fikirləri bir qədər geniş şərh edərək göstərmək labüddür ki,  Heydər Əliyevin hələ SSRİ-nin paytaxtı Moskvanı tərk etdikdən sonra öz doğulduğu Naxçıvan Muxtar Respublikasına gəlib burada yaşayarkən blokada şəraitində ciddi məhrumiyyətlərlə üzləşən həmvətənlərinin problemlərini düşünməsi, bu istiqamətdə mühüm addımlar atması, həmçinin də Naxçıvan MR Milli Məclisinin sədri kim dövrünə, mahiyyətinə görə nəhəng məzmunda Sosial-İqtisadi və Sosial-Mədəni İnkişaf Proqramı həyata keçirməsi əslində onun dərindən bildiyi təcrübədə təsdiq etdiyi III Sənaye inqilabının tələblərinə, çağırışlarına cavab  verdiyimi təsdiqləyir.  

Davamı var

Xatirə Quliyeva, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023