AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Professor Kərim Şükürov: “Hazırda dünyada ən ciddi məsələlərdən biri də kartoqrafik müharibədir”
Feb 20, 2024 | 16:17 Mühüm hadisələr

Hazırda dünyada ən ciddi məsələlərdən biri də kartoqrafik müharibədir. Biz bu məsələni diqqətdə saxlamalıyıq.

Bu fikirləri AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov “Qafqaz diyarının xəritəsi - Tiflis, 1847-ci il” nəşrinin fevralın 20-də keçirilən təqdimatı zamanı səsləndirib.

Qafqaz Albaniyasının tarixindən danışan professor bu tarixin Azərbaycanla sıx bağlı olduğunu qeyd edib. Onun sözlərinə görə, Qafqaz Albaniyası tarixinin elmi araşdırması ancaq bizim ölkənin hesabına reallaşıb.

“Bizim tariximizdə əsas məsələ ərazi tariximizdir. Bunu qlobal məsələyə çevirməyə böyük ehtiyac var. Azərbaycan xanlıqları tariximizdə mühüm mərhələdir. Xanlıqlar ölkənin birləşdirilməsi uğrunda mübarizə aparırdılar. Xanlıqların etnik ərazisi Azərbaycanın əraziləri ilə üst-üstə düşürdü. Çar Rusiyası xanlıqları parçalayaraq, birləşməyə imkan vermirdi”, - deyə Kərim Şükürov qeyd edib.

AzərTac

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023