Feb 15, 2024 | 10:26 Yeni nəşrlər
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun alimlərinin elmi məqalələri Qazaxıstanın beynəlxalq indeksli elmi jurnalında dərc olunub. İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Səmədovanın “X-XI əsrlər klassik ərəb poeziyasının intibahında Bağdad ədəbi mühitinin rolu”, Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərovanın isə “Həvvanın örtülü üzü” arxasında qalan gizlinlərin açılması” adlı məqaləsi nüfuzlu Endless Light in Science jurnalının növbəti sayında işıq üzü görüb.
Hər iki məqalə zəngin ərəb ədəbiyyatının tədqiqi sahəsində müasir şərqşünaslığın qarşısında duran əsas elmi-nəzəri istiqamətləri ehtiva etmiş, maraqlı elmi nəticələr diqqətə çardırılmışdır. Xüsusən tədqiqatçı alim X.Ələkbərovanın Ərəb Şərqində müasir müsəlman qadınların cəmiyyətdəki rolundan, yaşanan gender bərabərsizliyi problemlərindən bəhs edən elmi məqaləsi aktuallığı baxımından diqqəti cəlb edir. Şərqşünas alim S.Səmədovanın məqaləsində isə Bağdad ədəbi mühitinin klassik ərəb poeziyasında oynadığı rol əsaslı elmi qənaətlərlə yüksək qiymətləndirilib.