Qafqazşünaslıq İnstitutunda dəyirmi masa keçirilib
Feb 15, 2024 | 09:08 Konfranslar, iclaslar
Feb 15, 2024 | 09:08 Konfranslar, iclaslar
“Humanitar və ictimai elmlər sahəsində ədəbi-tarixi şəxsiyyətlərin həyat və fəaliyyətlərinin tədqiq edilməsi vəziyyəti və müstəqillik dövrü Azərbaycan elminin vəzifələri haqqında” AMEA Rəyasət Heyətinin 23 fevral 2023-cü il tarixli qərarına əsasən AMEA-nın Qafqazşünaslıq İnstitutunda dəyirmi masa keçirilib.
Dəyirmi masanı institutun elmi işlər üzrə direktor müavini siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova açıb.
Sonra Qafqaz tarixi (qədim dövrlərdən XX əsrədək) şöbəsinin müdiri tarix elmləri doktoru, professor Qasım Hacıyev “Qafqazda dövlətlərarası münasibətlərdə şəxsiyyət amili: tarix və müasirlik” mövzusunda məruzə edib.
Məruzə dinlənildikdən sonra suallar verilib və müzakirələr aparılıb.