Feb 09, 2024 | 12:24 Yeni nəşrlər
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarxi elmləri doktoru Eynulla Mədətlinin “Heydər Əliyevin siyasi irsi: Azərbaycançılıq və Azərbaycan-Türkiyə birliyinin fəlsəfəsi” kitabı nəşr olunub.
Kitabda Ulu Öndər Heydər Əliyevin zəngin və çoxcəhətli siyasi irsinin, xüsusilə də bu irsdə mühüm yer tutan Azərbaycançılıq məfkurəsinin və Azərbaycan-Türkiyə birliyinin təməl prinsipi olan “Bir millət iki dövlət” düsturunun əhəmiyyətinin və reallaşdırılmasının fəlsəfi cəhətləri araşdırılıb, Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsində bu əbədiyaşar irsin yeri və tarixi əhəmiyyətinin elmi-fəlsəfi təhlilinə cəhd göstərilib.
Fəlsəfə və Sosiologiya İnstitutu Elmi şurasının qərarı ilə nəşr olunan kitabın elmi məsləhətçisi f.e.d. professor İlham Məmmədzadə, elmi redaktoru f.e.d. Füzuli Qurbanov, nəşriyyat redaktoru Qabil Camalov və kompüter yığımı və korrektoru Mehriban Əliyevadır.
Kitab elmi ictimaiyyət və geniş oxucu dairəsi üçün nəzərdə tutulub.