Qafqazşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib
Feb 08, 2024 | 14:26 Konfranslar, iclaslar
Feb 08, 2024 | 14:26 Konfranslar, iclaslar
Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamına və AMEA Rəyasət Heyətinin 9 yanvar 2024-cü il tarixli qərarına əsasən AMEA-nın Qafqazşünaslıq İnstitutunda dəyirmi masa keçirilib.
Dəyirmi masanı institutun direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı açıb. İnstitutun Ermənişünaslıq şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə “Ermənistan və xarici ölkələrdəki araşdırma mərkəzlərinin tədqiqatlarında Naxçıvana əsassız iddiallar (1991-2024-cü illər)” mövzusunda məruzə edib. Məruzəçiyə suallar verilib və müzakirələr aparılıb.