AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA-da Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindən irəli gələn vəzifələrlə bağlı müzakirələr aparılıb
Jan 18, 2024 | 15:45 Konfranslar, iclaslar

AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 yanvar 2024-cü ildə yerli televiziya kanallarına müsahibəsindən irəli gələn vəzifələrə həsr olunmuş müzakirə keçirilib.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli dövlət başçısının müsahibədə səsləndirdiyi “Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır”, - sözlərini diqqətə çatdırıb və bu istiqamətdə müzakirələrin aparılacağını söyləyib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, müsahibədə Azərbaycanın inkişafında xüsusi mərhələ olan ötən 20 ilə yekun vurulmuş, yeni tarixi dövrün vəzifələri və  çağırışları öz əksini tapmışdır. Dövlətimizin başçısı müasir tariximizin yeni dövrünün 20 sentyabr 2023-cü il tarixindən, yəni ərazi bütövlüyümüzün və suverenliyimizin tam təsdiq olunduğu gündən başladığını diqqətə çatdırıb.

AMEA rəhbəri vurğulayıb ki, Prezident İlham Əliyevin liderliyində Azərbaycanın keçdiyi möhtəşəm 20 ildə siyasi, iqtisadi, hərbi, elmi, ədəbi-mədəni sahələrdə əldə olunan böyük uğurlar və bu nailiyyətlərin zirvəsi olan Vətən müharibəsindəki tarixi Zəfər və ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsi çoxəsrlik dövlətçilik tariximizin ən parlaq səhifələrindəndir və birbaşa Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətidir.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, hazırda qarşımızda duran başlıca vəzifə ölkə Prezidentinin bildirdiyi kimi, gələcək dövr üçün milli ideyamızın və dövlətimizin yeni inkişaf strategiyasının müəyyənləşdirilməsində iştirak etməkdən ibarət olmalıdır.

AMEA prezidenti vurğulayıb ki, dövlətimizin ideologiyası Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi Azərbaycançılıq ideologiyasıdır və milli ideya və ideyalarımız bu ideologiyanın müasir dövrün reallıqlarına cavab verən və növbəti ümummilli hədəfləri və inkişaf strategiyasını müəyyənləşdirən yeni istiqamətləri əks etdirməli, onu daha da şaxələndirməli və irəliyə doğru baxışı təmin etməlidir.

Bu gün müstəqil Azərbaycan dövlətinin İlham Əliyev kimi güclü liderinin olmasının xalqımızın ən böyük sərvəti olduğunu bildirən natiq milli ideyanın müəyyənləşdirilməsi ilə bağlı aparılan müzakirələrin mühüm ictimai-siyasi məsələ olmaqla bərabər, həm də müasir elmi-nəzəri yanaşma tələb etdiyini söyləyib. Bildirib ki, bu gün Azərbaycan elmi müstəqil dövlətimizə və xalqımıza xidmət etmək vəzifəsini məsuliyyətlə həyata keçirir, dövlət başçısının apardığı məqsədyönlü siyasətə uyğun olaraq Akademiyada Zəfər tarixi və Qələbə fəlsəfəsi ilə, Qərbi Azərbaycanla, Böyük Qayıdışla, eləcə də ölkəmizdəki güclü dövlət quruculuğu ilə bağlı sistemli tədqiqatlar aparılır.

Akademik İsa Həbibbəyli müstəqil Azərbaycan dövlətinin bundan sonrakı tarixi dövr üçün milli ideyasının müəyyənləşdirilməsi ilə bağlı müzakirələrin aparılmasını humanitar və ictimai elmlər sahələrini təmsil edən elm adamlarının borcu və vəzifəsi olduğunu nəzərə çatdırıb.

Sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru Füzuli Qurbanov “Yeni tarixi mərhələdə milli ideya və milli ideologiya” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, milli ideyanın əsas prinsipləri rəqəmsal inkişaf mühitində qalib lider, güclü dövlət və güclü cəmiyyət vəhdəti əsasında formalaşdırıla bilər.

İctimai müzakirələrdə akademiklər Gövhər Baxşəliyeva, Möhsün Nağısoylu, Teymur Kərimli, Nərgiz Axundova, Muxtar İmanov, AMEA-nın müxbir üzvü Musa Qasımlı, professorlar Kərim Şükürov, İlham Məmmədzadə, Nadir Məmmədli, Əbülhəsən Abbasov, filologiya elmləri doktoru Sərxan Xavəri, tarix elmləri doktoru Güllü Yoloğlu, fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalov, Faiq Ələkbərli və Ağasəlim Həsənov çıxış edərək Azərbaycanın gələcək dövr üçün yeni milli ideyası ilə bağlı təklif və mülahizələrini səsləndiriblər.

Tədbirdə yeni tarixi dövr üçün milli ideya məsələsinə dair müzakirələrin davam etdirilməsi qərara alınıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023 - 2025
Aprel
Yanvar
Fevral
Mart
Aprel
May
İyun
İyul
Avqust
Sentyabr
Oktyabr
Noyabr
Dekabr
2025
1950
1951
1952
1953
1954
1955
1956
1957
1958
1959
1960
1961
1962
1963
1964
1965
1966
1967
1968
1969
1970
1971
1972
1973
1974
1975
1976
1977
1978
1979
1980
1981
1982
1983
1984
1985
1986
1987
1988
1989
1990
1991
1992
1993
1994
1995
1996
1997
1998
1999
2000
2001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
2011
2012
2013
2014
2015
2016
2017
2018
2019
2020
2021
2022
2023
2024
2025
2026
2027
2028
2029
2030
2031
2032
2033
2034
2035
2036
2037
2038
2039
2040
2041
2042
2043
2044
2045
2046
2047
2048
2049
2050
PazPtsSalÇarPerCumCts
30
31
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
1
2
3
00:00
01:00
02:00
03:00
04:00
05:00
06:00
07:00
08:00
09:00
10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00