AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutunda doktorant və dissertantlar üçün növbəti mühazirə keçirilib
Jan 12, 2024 | 17:00 Konfranslar, iclaslar

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda fəlsəfə və elmlər doktorluğu üzrə təhsil alan doktorant və dissertantlar üçün mühazirələr davam edir.

Yanvarın 12-də baş tutan növbəti mühazirədə institutun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi f.ü.f.d., dosent Aygün Əlizadə “Nəşrlər qarşısında qoyulan tələblərin izahı” mövuzusunda çıxış edib. A.Əlizadə mövzu ilə bağlı bir çox məsələləri izah edib, həmin məsələlərdən öz təcrübəsi əsasında “Web of science” və “Scopus” bazalarına daxil olan jurnallarda məqalələrin çapı qaydalarını iştirakçılarla bölüşüb.

Müəlliflərə məqalənin daha tez çapı üçün hansı qaydalara əməl etmələri tövsiyə olunub.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023