Dec 14, 2023 | 16:56 Konfranslar, iclaslar
Dekabrın 14-də Qafqazşünaslıq İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İclası institutun direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı açıb.
İclasda müəssisənin 2023-cü il üçün elmi-tədqiqat işləri müzakirə olunub, qeydlər söylənilib, müzakirələr aparılıb.
Sonra 2024-cü il üçün AMEA-da aparılacaq elmi-tədqiqat işlərinin əhatəli planlaşdırılması haqqında AMEA prezidentinin 27 noyabr 2023-cü il tarixli sərəncamı ilə şura üzvləri tanış edilib. Buna uyğun olaraq institutun 2024-cü il üçün iş planı təsdiqlənib.
Həmçinin 2023-cü ildə AMEA-da Mülki müdafiə hazırlığının yekunları və 2024-cü il üçün təşkilati göstərişlər haqqında AMEA prezidentinin 5 dekabr 2023-cü il tarixli sərəncamı ilə Elmi şura üzvləri məlumatlandırılıb.
Daha sonra Xuraman Hüseynova institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini seçilib.
İclasda cari məsələlərə də baxılıb.