AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutunda doktorant və dissertantlar üçün növbəti mühazirə oxunub
Dec 12, 2023 | 11:54 Konfranslar, iclaslar

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda fəlsəfə və elmlər doktorluğu üzrə təhsil alan doktorant və dissertantlar üçün mühazirələr davam edir.

Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü mühazirələrin məqsədini açıqlayıb və sözü mühazirəni söyləmək üçün filologiya üzrə fəlsəfə doktoru Xanım Abdullayevaya verib.

Xanım Abdullayeva doktorant və dissertantlara “Türk dilinin tarixi inkişaf prosesi” mövzusunda mühazirə oxuyub. Bildirib ki, bir dilin nə qədər köklü və güclü olduğu, o dilin keçmişi ilə ölçülür: “Şübhəsiz türkcə, bilinən ilk yazılı qaynağı (Orxon abidələri) ələ alındığında, min ildən çox keçmişilə köklü və güclü bir dildir. Hazırda bu dil ailəsi 180 milyon insanın doğma dilidir”.

X.Abdullayeva Türk dillərinin tarixi inkişafının aşağıdakı mərhələləri: Altay və Hun dövrləri (eramızın V əsrinədək), qədim türk dövrü (V-X əsrin əvvəli), orta türk dövrü (X-XV əsrlər), yeni və ən yeni türk dövrləri (XVI-XX əsrdə) barədə məlumat verib. Dil ailəsinin xüsusiyyətlərindən danışan mühazirəçi türk dillərinin hamısında ahəng qanununun, samitlərin assimiliyasiyasının, kök və şəkilçilərin xüsusi quruluşa malik olmasının, demək olar ki, eynilik təşkil etdiyini bildirib.

Sonda mühazirənin əhəmiyyəti ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023