AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Dərbənd: XVIII-XIX əsrin əvvəllərində” adlı kitab çapdan çıxıb
Dec 11, 2023 | 12:15 Yeni nəşrlər

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Tofiq Mustafazadənin “Dərbənd: XVIII-XIX əsrin əvvəllərində” adlı kitabı nəşr olunub.

Kitabda arxiv sənədləri və tarixi mənbələr əsasında qədim Azərbaycan şəhəri Dərbəndin XVIII-XIX əsrin əvvəllərində sosial-iqtisadi vəziyyəti, ictimai-siyasi tarixi araşdırılır.

Əsərdə XVIII əsrin əvvəllərinədək şahın təyin etdiyi hakimin sultanlıq kimi idarə etdiyi Dərbəndin 1722-1735-ci illərdə çar Rusiyası tərəfindən işğalı dövründəki vəziyyəti, 1747-1759-cu və 1796-1803-cü illərdə mövcud olmuş Dərbənd xanlığının, habelə Dərbəndin Quba xanlığının tərkibindəki dövrdə (1759-1796, 1803-1806) vəziyyəti işıqlandırılır.

Kitabdan tarixçi alimlər, ali məktəb tələbələri və tarixlə maraqlananlar faydalana bilərlər.

Kitab institutun elektron nəşrlərinə daxildir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023