AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünas alim Ədirnədə keçirilən beynəlxalq simpoziumda məruzə edib
Nov 27, 2023 | 09:25 Mühüm hadisələr

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaxşıxanım Nəsirova Türkiyənin Ədirnə şəhərində Trakya Universitetinin təşkil etdiyi III Beynəlxalq Osmanlı İzləri Simpoziumunda iştirak edib.

Şərqşünas alim onlayn qatıldığı simpoziumda “Osmanlı dövlətinə göndərilmiş bir hədiyyə: “Kəşfü'l Həqayiq” kitabı” adlı məruzə ilə çıxış edib.

Məruzədə məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə müqəddəs kitabımız “Qurani-Kərim”in Azərbaycan türkcəsində təfsirinin 3 cildlik nəşrinin Osmanlı sultanı II Əbdülhəmid xana göndərilməsini əks etdirən Osmanlı arxiv sənədlərindən bəhs olunub. Məruzəçi bu məlumatların 4 sənəddə qeyd olunduğunu bildirib, bəzi hissələrin tərcüməsini göstərib və H.Z.Tağiyevin xeyriyyəçilk fəaliyyəti haqqında geniş məlumat verib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023