AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünas alim Pakistanda keçirilən beynəlxalq elmi konfransda məruzə edib
Nov 20, 2023 | 15:46 Mühüm hadisələr

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Əlizadə Pakistanın Kvetta şəhərində keçirilən “İran və Pakistanın mədəni inteqrasiyasında İqbal Lahuri şeirlərinin təsiri” mövzusunda beynəlxalq elmi konfransda onlayn iştirak edib.

Pakistanın İqbal Akademiyası, Pakistan Fars Dili Akademiyası, Əlhəmd İslam Universiteti və İran Mədəniyyət Mərkəzinin təşkil etdiyi konfransda azərbaycanlı şərqşünas alim Mövlana Cəlaləddin Ruminin İqbal Lahuri yaradıcılığına təsiri haqqında məruzə edib. İqbal Lahurinin öz əsərlərində Movlanaya müraciətlərindən danışan məruzəçi onun Rumini öz mürşidi saydığını qeyd edib. A.Əlizadə İqbal Lahurinin əsərlərinin adlarının da irfani mənbədən qaynaqlandığını bildirib. Məruzəçi həmçinin İqbal Lahurinin urdu dilində yazdığı “Bal-e Cəbrail” əsəri ilə Söhrəvərdinin “Avaz-e pər-e Cəbrail” əsərlərinin oxşar cəhətlərindən bəhs edib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023