AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
IX Bakı Beynəlxalq Kitab Sərgisində AMEA-nın “Vətən müharibəsi – Böyük qayıdış” mövzusunda nəşrlərinin təqdimatı olub
Nov 15, 2023 | 09:56 Konfranslar, iclaslar

Bakı Ekspo Mərkəzində keçirilən IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində noyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının “Vətən müharibəsi - Böyük qayıdış” mövzusunda nəşrlərinin təqdimatı olub.

Təqdimatda çıxış edən AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, AMEA institutları ölkəmizin Prezidenti cənab İlham Əliyevin müstəqil respublikamızda bütün sahələr üçün müəyyənləşdirdiyi prioritetlər əsasında inkişaf edib, müxtəlif fundamental elmi istiqamətləri müəyyənləşdirərkən daim azərbaycançılıq məfkurəsini, vətənpərvərliyi əsas götürüblər. Odur ki, AMEA institutlarının apardıqları elmi tədqiqatlarda, nəşr etdikləri monoqrafiya, kitab və dərgilərdə Qarabağ mövzusu, I Qarabağ müharibəsi, qaçqın, köçkün düşmüş 1 milyon əhali, xalqımıza qarşı zaman-zaman erməni işğalçıları tərəfindən həyata keçirilmiş soyqırımı aktları, etnik təmizləmələr, itirilmiş tarixi torpaqlarımız, II Qarabağ - Vətən müharibəsi və 44 günə Ali Baş Komandanın rəhbərliyi ilə qazandığımız tarixi Zəfər, Şuşamızın, Xankəndimizin və digər işğalda olan torpaqlarımızın qaytarılması xüsusi diqqət və araşdırma obyekti olub. Bu zaman hər institut öz elmi istiqamətinə müvafiq olaraq göstərilən hadisələri tarixi, etnoqrafik, ədəbi, filoloji, fəlsəfi, mədəni, beynəlxalq aspektlərdə dərindən tədqiq edib. Akademik G.Baxşəliyeva sərgidə AMEA-nın bu mövzuda son iki ildə nəşr edilmiş kitablarının yalnız bir qisminin ictimaiyyətə təqdim edildiyini bildirib. Həmin nəşrlər barədə məlumat verən akademik G.Baxşəliyeva onların sırasında ən sonuncusunun Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının bu günlərdə Təbrizdə çap edilən “İnsanlıq əleyhinə cinayətlər (XX əsr)” kitabının olduğunu vurğulayıb və kitabda 1905-ci ildən bugünə qədər Azərbaycan xalqına qarşı həyata keçirilən ağır cinayətlərdən bəhs edildiyini qeyd edib”.

AMEA-nın Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov tədbirdə çıxış edərək Böyük Zəfərin Azərbaycan tarixinin bütün dövrlərinin ən böyük hadisəsi olduğunu bildirib və Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ olan  Böyük qayıdışın Böyük Zəfərin töhfəsi olduğunu vurğulayıb. K.Şükürov Tarix İnstitutunun bu mövzuda son nəşrlərindən bəhs edib.

Daha sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Mərziyyə Nəcəfova, Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov çıxış edərək, təmsil etdikləri institutların sərgidə nümayiş etdirilən kitablarından bəhs ediblər.

Özbəkistandakı Heydər Əliyev Mərkəzinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə 5 dildə nəşr edilən “Şuşa - Türk dünyasının Mədəniyyət paytaxtı” ensiklopedik nəşrini təqdim edib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023 - 2025
Aprel
Yanvar
Fevral
Mart
Aprel
May
İyun
İyul
Avqust
Sentyabr
Oktyabr
Noyabr
Dekabr
2025
1950
1951
1952
1953
1954
1955
1956
1957
1958
1959
1960
1961
1962
1963
1964
1965
1966
1967
1968
1969
1970
1971
1972
1973
1974
1975
1976
1977
1978
1979
1980
1981
1982
1983
1984
1985
1986
1987
1988
1989
1990
1991
1992
1993
1994
1995
1996
1997
1998
1999
2000
2001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
2011
2012
2013
2014
2015
2016
2017
2018
2019
2020
2021
2022
2023
2024
2025
2026
2027
2028
2029
2030
2031
2032
2033
2034
2035
2036
2037
2038
2039
2040
2041
2042
2043
2044
2045
2046
2047
2048
2049
2050
PazPtsSalÇarPerCumCts
30
31
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
1
2
3
00:00
01:00
02:00
03:00
04:00
05:00
06:00
07:00
08:00
09:00
10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00