AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Çoxəsrlik tariximizin şanlı Zəfər bayramını qeyd edirik
Nov 07, 2023 | 20:47 Yeni nəşrlər

Bu gün biz çoxəsrlik tariximizin şanlı Zəfər bayramını qeyd edirik. 8 Noyabr tariximizə qızıl hərflərlə yazılan bir gündür. Bu gün xalqımızın 30 illik həsrətinə son qoyulan gündür. 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoydu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi, şəhidlərimizin qisasını aldı, Azərbaycan öz qüdrətini, öz haqqı olanı almağı bacardığını, tarixi ədaləti bərqərar etdiyini dünyaya göstərdi.

Bu fikirləri AzərTac-a açıqlamasında AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva söyləyib. G.Baxşəliyeva bildirib ki, üç il öncə - 2020-ci il sentyabrın 27-də Ermənistan tərəfindən genişmiqyaslı hərbi təxribatın qarşılığında düşmənin həmlələrini dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri ilə qəhrəman hərbçilərimiz Ermənistan silahlı qüvvələrini darmadağın edərək nüfuzlu beynəlxalq təşkilatların, qüdrətli dövlətlərin nizamlaya bilmədikləri problemi cəmi 44 günə həll etdi. Bu şanlı Zəfər yolunun sonunda düşmən diz çökdürüldü, Şuşamız azad edildi. 2020-ci il noyabrın 8-də biz yenidən Şuşamıza qovuşduq.

“Bu gün biz 30 il gecə və gündüz səbirsizliklə gözlədiyimiz Zəfər bayramının üçüncü ildönümünü qeyd edirik. Şükürlər olsun ki, artıq Xankəndimiz də, Xocalımız da, bütün Qarabağımız erməni işğalından azad olunub. Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın Dövlət Bayrağını işğaldan azad edilən bütün torpaqlarımızda ucaldıb. Bu gün şəhərlərimiz, kəndlərimiz bərpa edilir, böyük quruculuq işləri sürətlə aparılır, Böyük Qayıdış uğurla həyata keçirilir. Biz bütün bunlara xalq və iqtidar birliyi, Prezidentimizin rəhbərliyi ilə aparılan möhtəşəm ordu quruculuğu, daxili və xarici siyasət, mahir idarəçilik və diplomatiya, dahi uzaqgörənlik sayəsində çatdıq. Buna görə Müzəffər Ali Baş Komandanımıza, qalib ordumuza sonsuz minnətdarıq. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə tezliklə şəfa arzulayırıq. Yaşasın Azərbaycan, onun Müzəffər Ali Baş Komandanı və qəhrəman Ordusu! Qarabağ – Azərbaycandır!”, - deyə akademik Gövhər Baxşəliyeva fikrini yekunlaşdırıb.

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023 - 2025
Aprel
Yanvar
Fevral
Mart
Aprel
May
İyun
İyul
Avqust
Sentyabr
Oktyabr
Noyabr
Dekabr
2025
1950
1951
1952
1953
1954
1955
1956
1957
1958
1959
1960
1961
1962
1963
1964
1965
1966
1967
1968
1969
1970
1971
1972
1973
1974
1975
1976
1977
1978
1979
1980
1981
1982
1983
1984
1985
1986
1987
1988
1989
1990
1991
1992
1993
1994
1995
1996
1997
1998
1999
2000
2001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
2011
2012
2013
2014
2015
2016
2017
2018
2019
2020
2021
2022
2023
2024
2025
2026
2027
2028
2029
2030
2031
2032
2033
2034
2035
2036
2037
2038
2039
2040
2041
2042
2043
2044
2045
2046
2047
2048
2049
2050
PazPtsSalÇarPerCumCts
30
31
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
1
2
3
00:00
01:00
02:00
03:00
04:00
05:00
06:00
07:00
08:00
09:00
10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00