AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Tarixçi alim “Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində yayımlanan verilişdə çıxış edib
Nov 13, 2023 | 14:00 Mühüm hadisələr

Cəbi Bəhramov: İkinci Dünya Müharibəsinin taleyinin həll olunmasında Azərbaycan qəhrəmanlarının böyük rolu olub

AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov “Baku TV”də “Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində yayımlanan verilişdə çıxış edib.

“Qərbi Azərbaycanlı qəhrəman haqqında bilinməyənlər” mövzusuna həsr olunmuş verilişdəki çıxışında C.Bəhramov Qərbi Azərbaycanın Vedibasar mahalından olan Mirzə Hüseynovun İkinci Dünya Müharibəsində böyük qəhrəmanlıqlar göstərdiyini bildirib.

C.Hüseynov qeyd edib ki, müharibənin sonunda Reyxstaqa bayrağı sancan şəxsin Rus Yeqorov və gürcü Kantariya olduğu deyilsə də, apardıqları tədqiqatların nəticələrinə əsasən, Bernə ilk daxil olan və Reyxstaqa qələbə bayrağını sancan şəxsin məhz M.Hüseynov olduğu faktlarla sübuta yetirilib. O, əlavə edib ki, İkinci Dünya Müharibəsinin taleyinin həll olunmasında bir neçə Azərbaycanlının böyük rolu olmuşdur. C.Bəhramovun sözlərinə görə, bu Azərbaycanlılar arasında Mirzə Hüseynovla yanaşı, Ənvər Həsənov və Mehdi Hüseynzadənin adı xüsusi çəkilməlidir.

C.Bəhramov vurğulayıb ki, Mirzə Hüseynovun, onun müavini, veteran Şahbaz Hüseynovun, eləcə də Mehdi Hüseynzadənin haqqının bərpa edilməsində edilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olub.

Verilişi buradan izləyə bilərsiniz. 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023