AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutunda doktorant və dissertantlar üçün mühazirələrə başlanılıb
Nov 01, 2023 | 17:06 Konfranslar, iclaslar

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda fəlsəfə və elmlər doktorluğu üzrə təhsil alan doktorant və dissertantlar üçün mühazirələrə başlanılıb.

İlk mühazirə noyabrın 1-də baş tutub. Mühazirədən öncə Şərqşünaslıq İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü institutda doktorant və dissertantlara mühazirələrə start verildiyini bildirərək, bu mühazirələrin məqsədini açıqlayıb və sözü ilk mühazirəni söyləmək üçün institutun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədova verib.

Namiq Məmmədovun mühazirəsi “Müasir Türkiyənin neft problemi” mövzusunda olub. Mühazirədə qeyd edilən mövzu kontekstində ümumiyyətlə tədqiqat mövzusunun müəyyən edilməsi və əsaslandırılması, tədqiqat aparmaq üçün planın formalaşdırılması prosesi və orda əks olunan məsələlərin müəyyənləşdirilməsi, mövzunun aktuallığının əsaslandırılması və əhəmiyyəti, tədqiqatın məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi, tədqiqata cəlb edilən mənbə və ədəbiyyatın təhlili və onun aparılmasının vacibliyi və əhəmiyyəti əsaslandırılıb.

Sonda mühazirənin əhəmiyyəti ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023