AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Şuşa şəhəri: Azərbaycan mədəniyyəti Qafqaza və dünyaya” mövzusunda beynəlxalq konfrans keçirilib
Nov 01, 2023 | 15:49 Konfranslar, iclaslar

Noyabrın 1-də AMEA-nın Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Şuşa şəhəri: Azərbaycan mədəniyyəti Qafqaza və dünyaya” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfrans çərçivəsində Qafqazşünaslıq İnstitutunun nəşrlərindən ibarət sərgi də təşkil olunub.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı Qafqazşünaslıq İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı açaraq “Heydər Əliyev və Şuşa” mövzusunda məruzə edib.  Məruzədə 1970-ci illərdə Ulu Öndər Heydər Əliyevin Şuşa şəhərindəki tarix və mədəniyyət abidələrinin qorunmasına, bərpasına qayğısı və qəbul edilən qərarlar təhlil olunub.

AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva isə Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb.

Konfransda AMEA-nın bir sıra institutları, Azərbaycan, Türkiyə, Rusiya, İtaliya, Kanada və Ukraynadan olan 80-dən çox alim və tədqiqatçının Şuşa şəhərinin tarixi keçmişi, Şuşa şəhərinin mədəniyyət paytaxtına çevrilməsi istiqamətində görülən işlər, xarici tədqiqatçıların Şuşa şəhəri haqqında, Qafqazın mədəniyyət tarixində Şuşa şəhərinin yeri, Prezident İlham Əliyevin Şuşa şəhərinə qayğısı və digər məsələlərə həsr edilmiş məruzələri 6 bölmə iclasında dinlənilib və müzakirə edilib. Sonda yekun dəyərləndirmə aparılıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023