AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
İctimai Elmlər Bölməsinin Elmi seminarında “Çarəsiz qalanda insanlığın sığındığı fəlsəfə” kitabının müzakirəsi keçirilib
Oct 27, 2023 | 16:29 Konfranslar, iclaslar

AMEA-nın İctimai Elmlər Bölməsinin A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Xəliyəddin Xəlillinin “Çarəsiz qalanda insanlığın sığındığı fəlsəfə” kitabının müzakirəsinə həsr olunmuş elmi seminarı keçirilib.

Seminarı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, kitabın müzakirəsinin təşkil edilməsi dövrün çağırışlarına cavab verən aktual məsələlərdəndir. Kitabda toxunulan mövzuların milli şüur məsələsi, dövlətçiliyimizin, müstəqilliyimizin diktə etdiyi ideyalar olduğunu deyən akademik İsa Həbibbəyli qeyd edib ki, təşkil edilən bu müzakirələr Azərbaycanda milli fəlsəfənin tədqiqatlarını ortaya qoymaq üçün yeni bir başlanğıcdır.

“Bu əsəri ərsəyə gətirmək üçün həm etnoqraf, həm tarixçi, həm də filosof olmaq önəmlidir və bu baxımdan Azərbaycan elmi üçün çox əhəmiyyətlidir”, - deyə akademik İsa Həbibbəyli söyləyib.

Sonra kitabın müəllifi Xəliyəddin Xəlilli vurğulayıb ki, bu gün dövrün tələblərinə uyğun olan, millətin milli şüuruna cavab verən fəlsəfə olmalı, dövlət müstəqilliyinin gətirdiyi ideyalara xidmət edən milli fəlsəfə yaradılmalıdır: “Milli fəlsəfənin formalaşmasında filosoflar arasında kommunikativ əlaqələrin sistemli olması əhəmiyyətli rol oynayır. Bu baxımdan Azərbaycan milli fəlsəfəsinin mahiyyəti, məzmunu və məqsədlərinin müəyyənləşməsi üçün öncə tədqiqatçıların kommunikativ əlaqələrini gücləndirmək lazımdır. Fəlsəfi baxımdan digər əhəmiyyətli məqam cəmiyyətin Azərbaycan filosoflarının ideyaları ilə tanışlığıdır. Bu istiqamətdə də görüləsi işlər çoxdur. Azərbaycan filosoflarının əsərlərinin oxunması və ideyaların müzakirəsi vacib faktordur.

Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, professor İlham Məmmədzadə, elmi işçisi, fəlsəfə elmləri doktoru Əbülhəsən Abbasov, şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şölət Zeynalov, Abbasqulu Ağa Bakıxanov adına Tarix institutunun baş elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışov, həmin institutun  aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Mübariz Ağalarlı, tarix üzrə fəlsəfə doktoru, dosent Ramin Ağayev, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli və başqaları kitab haqqında çıxış ediblər. Qeyd olunub ki, Zəfər çalmış xalqımızın  tarixi fəlsəfəsini yazmaq günümüz, xalqımız və dövlətimiz üçün çox önəmlidir, çünki bu tarixi Qələbədən sonra xalqın düşüncə tərzi, inam tərzi dəyişdi. Diqqətə çatdırılıb ki, bu monoqrafiya Azərbaycan milli fəlsəfəsinin elmi-nəzəri aspektlərinin tədqiqi istiqamətində işıq üzü görən əhəmiyyətli əsərlərdən biridir. Əsərdə fəlsəfi, tarixi, metodoloji istiqamətləri əhatə edən çoxsaylı elmi-informativ məlumatlara rast gəlinməkdədir. Müəllif bu monoqrafiyasında Azərbaycanda fəlsəfi fikir tarixinə nəzər yetirərək, bu sahədə öz qənaətlərini qeyd etmiş, tarixin fəlsəfəsi haqqında əhəmiyyətli müqayisələr aparmış, həmçinin sovet dövründə Azərbaycan tarix elminə təlqin edilən metodoloji istiqamətlərin tənqidinə də yer ayırmışdır.

Sonda çıxış edən iclasın sədri, akademik Nərgiz Axundova dosent Xəliyəddin Xəlillinin “Çarəsiz qalanda insanlığın sığındığı fəlsəfə” kitabının müstəqilliyimizin yaratdığı ideyalardan ərsəyə gəldiyini, onu müzakirəsinin milli fəlsəfənin inkişafına təkan verəcəyini söyləyərək seminara yekun vurub.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023 - 2025
Aprel
Yanvar
Fevral
Mart
Aprel
May
İyun
İyul
Avqust
Sentyabr
Oktyabr
Noyabr
Dekabr
2025
1950
1951
1952
1953
1954
1955
1956
1957
1958
1959
1960
1961
1962
1963
1964
1965
1966
1967
1968
1969
1970
1971
1972
1973
1974
1975
1976
1977
1978
1979
1980
1981
1982
1983
1984
1985
1986
1987
1988
1989
1990
1991
1992
1993
1994
1995
1996
1997
1998
1999
2000
2001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
2011
2012
2013
2014
2015
2016
2017
2018
2019
2020
2021
2022
2023
2024
2025
2026
2027
2028
2029
2030
2031
2032
2033
2034
2035
2036
2037
2038
2039
2040
2041
2042
2043
2044
2045
2046
2047
2048
2049
2050
PazPtsSalÇarPerCumCts
30
31
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
1
2
3
00:00
01:00
02:00
03:00
04:00
05:00
06:00
07:00
08:00
09:00
10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00