AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA əməkdaşları Azərbaycan Qadınlarının VI Qurultayında iştirak ediblər
Oct 20, 2023 | 16:24 Mühüm hadisələr

Oktyabrın 19-da Bakıda Azərbaycan Qadınlarının VI Qurultayı keçirilib.

Qurultay ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda müstəqil Azərbaycanın ilk Qadın Qurultayının 25 ili münasibətilə təşkil edilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.

Tədbirdə AMEA-nın vitse-prezidentləri, akademiklər İradə Hüseynova, akademik Gövhər Baxşəliyeva, AMEA-nın Rəyasət Heyəti aparatının şöbə müdiri, tarix elmləri doktoru Zemfira Hacıyeva, AMEA-nın Qadınlar Şurası sədri, professor Rəna Mirzəzadə və sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəfli də iştirak ediblər.

AMEA-nın qadın alimləri adından çıxış edən professor Rəna Mirzəzadə Azərbaycanda idarəetmədə qadınların önə çəkilməsi və gender siyasətinin formalaşmasında Ulu Öndər Heydər Əliyevin rolu, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın Azərbaycan elminin inkişafında yorulmaz fəaliyyəti, Prezident İlham Əliyevin gender siyasəti və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın cəmiyyətdə qadınların rolunun güclənməsi istiqamətindəki xidmətləri ilə bağlı fikirlərini bölüşüb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023