Qafqazşünaslıq İnstitutunda Müstəqilliyin Bərpası gününə həsr edilmiş dəyirmi masa keçirilib
Oct 18, 2023 | 17:42 Konfranslar, iclaslar
Oct 18, 2023 | 17:42 Konfranslar, iclaslar
AMEA-nın Qafqazşünaslıq İnstitutunda Dövlət Müstəqilliyinin bərpa edilməsinin 32-ci ildönümünə həsr edilmiş dəyirmi masa keçirilib.
Dəyirmi masanı institutun baş direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı açaraq Ulu Öndər Heydər Əliyevin xidmətlərini vurğulayıb. Bildirib ki, 2021-ci il oktyabrın 15-də Prezident İlham Əliyevin imzaladığı qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olunub. Musa Qasımlı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin əldə etdiyi uğurlarından, 1991-ci ildən sonra ilk dəfə olaraq dövlət sərhədləri üzərində nəzarətin qurulduğundan, ərazilərmizin işğaldan azad edildiyindən və dövlət suverenliyinin bütün torpaqlarda qurulduğundan danışıb.