AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Qafqazşünaslıq İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib
Sep 25, 2023 | 15:46 Konfranslar, iclaslar

Sentyabrın 25-də AMEA-nın Qafqazşünaslıq İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı iclasın gündəliyi barədə şura üzvlərinə məlumat verib.

İclasda institutun Qafqaz tarixi və siyasəti (XX-XXI əsrlər) şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Günel Musayevanın “Böyük Britaniyanın Azərbaycan siyasətində neft amili (1991-2022-ci illər)” adlı monoqrafiyası (elmi redaktor: AMEA-nın müxbir üzvü Musa Qasımlı. rəyçilər: AMEA-nın həqiqi üzvü İsmayıl Hacıyev, t.e.d., professor Şirxan Səlimov, t.ü.f.d., dosent Əfşan Şəfiyeva) çapa tövsiyə edilib.

Bundan əlavə, Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə 25 oktyabr 2023-cü ildə keçiriləcək “Cənubi Qafqaz:  mövcud vəziyyət və perspektivlər” mövzusunda respublika elmi konfransının və 2 noyabr 2023-cü il tarixində keçiriləcək “Şuşa şəhəri: Azərbaycan mədəniyyəti Qafqaza və dünyaya” mövzusunda beynəlxalq elmi konfransın materiallarının çap edilməsi qərara alınıb.

İclasın sonunda bir sıra cari məsələlər müzakirə olunub.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023