AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş beynəlxalq konfransın tezisləri çap olunub
Sep 22, 2023 | 14:35 Yeni nəşrlər

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, professor, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı” mövzusunda beynəlxalq elmi konfransın tezisləri çapdan çıxıb.

Nəşrdə Şərqşünaslıq İnstitutunun keçirdiyi konfransda səslənən 154 məruzənin tezisi dərc olunub. Bu sırada İraq, Misir, Mərakeş, Malayziya, Ukrayna və Rusiyadan 11 alimin məruzəsinin tezisi də çap olunub.

Nəşr olunanlar sırasında həm akademik Zərifə Əliyevaya həsr olunmuş, həm də cəmiyyətdə, elmdə, təhsildə, mədəniyyətdə qadının yerinə, roluna, qadın problemlərinə dair məruzələrin tezisləri yer alıb.

Akademik Zərifə Əliyevaya həsr olunmuş məruzələrin tezisləri sırasında, AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyevanın “Görkəmli alim-oftalmoloq akademik Zərifə xanım Əliyevanın 100 illiyinə ithafən”, ukraynalı alimlər Oleq Kupçik və Nataliya Zubun “Sona Axundova-Bağırbəyova və Zərifə Əliyeva: oftalmologiyanın korifeyləri”, eləcə də Məryəm Seyidbəylinin “Tibb elmində Azərbaycan qadınları”, Çinarə Səfərovanın “Gözəllik, sədaqət rəmzi olan böyük alim – Zərifə Əliyeva” mövzularında tezisləri dərc olunub.

Digər mövzulardakı tezislər sırasında misirli alimlərdən Daliya Hüseyn Fəhminin “Ərəb musiqisində qadının rolu”, Abidin Uveys Yunis Məhəmmədin “İslamda qadın hüququ”, Əhməd Abdo Tərabikin “Cəmiyyətdə şəxsiyyətin formalaşmasında və onun inkişafında qadının rolu”, Əmirə Əbdulhəkimin “Qadın ədəbiyyatı və ərəb cəmiyyətinin aktual məsələləri”, Siham Məhəmməd İzəddin Cibrilin “Azərbaycanda qadınların iqtisadi baxımdan güclənməsi, mədəni layihələr və ənənəvi sənətkarlıq”, Malayziyadan Sad Nəclə əl-Akurinin “Müasir Yəmən qadını”, həmçinin Azərbaycan alimlərindən Rəna Mirzəzadənin “Birinci vitse-prezidentliyə gələn yol və gender siyasəti”, Salidə Şərifovanın “Leyla Əliyeva yaradıcılığının janr xüsusiyyətləri”, Roida Rzayevanın “Müasirlik: elm və qadın”, Əfşan Şəfiyevanın “Şərq cəmiyyətində modernizmin qadınlara təsiri”, Fatma Məcidovanın “A.İmanquliyeva Azərbaycan ərəbşünaslığında qadın həmrəyliyinin carçısı kimi”, İnci Qasımlının “Türk qadınlarının cəmiyyətdəki yeri”, Ələddin Məlikovun “Qadın Şərq və Qərb qovşağında”, Lalə Mikayılzadənin “Azərbaycanın fədakar qadınları”, Vüqar Məmmədovun “Şərqşünaslıq İnstitutunun tədqiqatlarında qadın mövzusu” və s.  qeyd etmək olar.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023 - 2025
Aprel
Yanvar
Fevral
Mart
Aprel
May
İyun
İyul
Avqust
Sentyabr
Oktyabr
Noyabr
Dekabr
2025
1950
1951
1952
1953
1954
1955
1956
1957
1958
1959
1960
1961
1962
1963
1964
1965
1966
1967
1968
1969
1970
1971
1972
1973
1974
1975
1976
1977
1978
1979
1980
1981
1982
1983
1984
1985
1986
1987
1988
1989
1990
1991
1992
1993
1994
1995
1996
1997
1998
1999
2000
2001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
2011
2012
2013
2014
2015
2016
2017
2018
2019
2020
2021
2022
2023
2024
2025
2026
2027
2028
2029
2030
2031
2032
2033
2034
2035
2036
2037
2038
2039
2040
2041
2042
2043
2044
2045
2046
2047
2048
2049
2050
PazPtsSalÇarPerCumCts
30
31
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
1
2
3
00:00
01:00
02:00
03:00
04:00
05:00
06:00
07:00
08:00
09:00
10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00