AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Dördüncü sənaye inqilabı, süni intellekt və rəqəmsal sosiologiya” mövzusunda elmi konfrans keçirilib
Mar 28, 2023 | 16:00 Konfranslar, iclaslar

Martın 28-də AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda  Elm Gününə həsr olunmuş “Dördüncü Sənaye inqilabı, süni intellekt və rəqəmsal sosiologiya” mövzusunda  elmi konfrans keçirilib.

Konfransı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq tədbir iştirakçılarını Elm Günü münasibətilə təbrik edib. Akademik İsa Həbibbəyli martın 27-də AMEA-nın, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Ağsaqqallar Şurasının, Azərbaycan Həmkarları İtttifaqları Konfederasiyasının, ANAMA-nın rəhbərliyi, millət vəkilləri və elmi ictimaiyyətin nümayəndələrinin iştirakı ilə bu əlamətdar günün ilk dəfə Akademiyada geniş şəkildə qeyd olunduğunu, elmi fəaliyyəti ilə fərqlənən bir sıra alimlərə mükafatların verildiyini söyləyib.

“Elm haqqında” Azərbaycan Respublikasının Qanununda elmin 3 istiqamətdə təsnifat edildiyini bildirən AMEA rəhbəri bunlardan birincisinin fundamental elm, yəni akademik elm olduğunu deyib. Qeyd edib ki, akademik elm də indiki dövrdə tətbiq xarakterli elmi fəaliyyət olmalıdır və bu istiqamətdə müəyyən addımlar atılıb. Akademik İsa Həbibbəyli vurğulayıb ki, növbəti təsnifat bölgüsü ali məktəb elmidir ki, bu da metodik yönümlüdür. Üçüncü təsnifat bölgüsünün isə sahə, yəni Səhiyyə, İqtisadiyyat, Kənd Təsərrüfatı və digər nazirliklərin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının indeksləşdiyi sahə elmi olduğunu bildirib. AMEA rəhbəri Akademiyanın bu gün fundamental elmi və tətbiq xarakterli elmi fəaliyyəti təmsil etdiyini söyləyib.

Fəlsəfə və sosiologiya elmlərinin qarşılıqlı əlaqələrinə toxunan akademik İsa Həbibbəyli bu gün hər iki elmin bir-birindən asılı olduğunu, sosiologiya elminin apardığı təhlillərin cəmiyyəti reallıqları ilə görməyə imkan yaratdığını, fəlsəfə elminin isə bundan irəli gələrək cəmiyyətdə gedən prosesləri fəlsəfi cəhətdən dərindən öyrəndiyini diqqətə çatdırıb: “Əgər sosioloji tədqiqatlar olmasa, fəlsəfə elə bil həyatın özündən yox, daha çox sxemlərdən, nəzəriyyələrdən danışmış olar. Fəlsəfə elminin həyat materialları üzərində qurulması üçün sosiologiya böyük bazadır. Onun həyatla əlaqəli şəkildə inkişafına təminat verir və ölkədə və dünyada gedən prosesləri daha real şəkildə fəlsəfi cəhətdən şərh edib ümumiləşdirməyə imkanı yaradır. Konfransın əhəmiyyəti həm də odur ki, biz sosiologiyanı elm kimi inkişaf etdirməliyik. Sosiologiya elmi ölkəmizdə müəyyən inkişaf yolu keçsə də, elmi cəhətdən geniş deyil və sistem şəklində inkişaf etməyib. Sosiologiya elmi sahəsində yeni nəsil kadrların hazırlanmasında da böyük problemlər var. Cəmiyyətin elə bir sahəsi yoxdur ki, orada sosiologiya üzrə kadra ehtiyac olmasın. Sosioloji cəhətdən təhlil və proqnozlaşdırma olmadan cəmiyyətin nəbzini müəyyən etmək çətindir. Cəmiyyətin nəbzini bilmədən isə fəlsəfəni və digər sahələri inkişaf etdirmək çətindir”.

Akademik İsa Həbibbəyli institutun rəhbərliyinə və şöbə müdirlərinə yeni nəsil sosioloq kadrların hazırlanması barədə tapşırıqlarını verib.

Konfransın mövzusuna toxunan akademik İsa Həbibbəyli AMEA-da süni intellektlə bağlı aparılan tədqiqatlardan danışıb, 2021-ci ildə süni intellekt üzrə 2, 2022-ci ildə isə 9 elmi nəticənin ictimaiyyətə təqdim olunduğunu deyib. Qeyd edib ki, onların sırasında Fəlsəfə və Sosiologiya İnstitutu da olub və süni intellektə dair tədqiqatların Humanitar və İctimai Elmlərə gəlib çatması sevindirici haldır.

“Süni intellekt bizə nə üçün lazımdır? Dördüncü Sənaye inqilabı ilə bağlı nəzəriyyələri oxusanız, çap olunan materialları nəzərdən keçirsəniz, görərsiniz ki, süni intellektsiz bundan sonrakı həyatı proqnozlaşdırmaq, təhlil etmək, elmi cəhətdən dəyərləndirmək və qiymətləndirmək çətin olacaqdır. Böyük Qayıdış hərəkatından sonra cənab Prezidentin atdığı addımlar əsasında “Ağıllı kənd” anlayışı həyatımıza daxil oldu. “Ağıllı kənd” özü süni intellektin məhsuludur. Süni intellekt insan fəaliyyətinə adekvat olan rəqəmsal və avtomatlaşdırılmış fəaliyyət deməkdir. Elmi-texniki tərəqqi hansı ölkədə inkişaf edirsə, o dövlət irəli gedir. Elmi-texniki nailiyyətlər həyatımızın bir parçasına çevrilib, daşıyıcısı olub. Buna informasiya cəmiyyəti deyirlər. İnsanla robotlar, texnologiyalar arasında fərq azalır, eyniləşir. Süni intellektin apardığı təhlillərlə cəmiyyəti inkişaf etdirməliyik”.

Akademik İsa Həbibbəyli AMEA-da elektron xidmətlər sahəsindəki mövcud problemlərə də toxunub və alimlərin “Google scholar”da və digər beynəlxalq bazalarda öz profillərini yaratmaları ilə bağlı tövsiyələrini verib.

Daha sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., prof. İlham Məmmədzadə süni intellekt və rəqəmsal sosiologiya, virtual laboratoriya - fəlsəfə qarşılıqlı əlaqələrinin aspektində hansı yöndə inkişaf etdirilməsi üzərində düşünməyin vacibliyini vurğulayaraq, süni intellektin bundan sonra da fəlsəfi cəhətdən daha geniş araşdırılmasının davam etdiriləcəyini qeyd edib.

Tədbirdə, həmçinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev, sözügedən mərkəzin, eləcə də AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun, Türkiyənin Atatürk, Yıldırım Bayazit universitetlərinin əməkdaşlarının və monqolustanlı alim Ph.D. T.Uqanbayarın Dördüncü Sənaye inqilabı və süni intellektə dair məruzələri dinlənilib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023 - 2025
Aprel
Yanvar
Fevral
Mart
Aprel
May
İyun
İyul
Avqust
Sentyabr
Oktyabr
Noyabr
Dekabr
2025
1950
1951
1952
1953
1954
1955
1956
1957
1958
1959
1960
1961
1962
1963
1964
1965
1966
1967
1968
1969
1970
1971
1972
1973
1974
1975
1976
1977
1978
1979
1980
1981
1982
1983
1984
1985
1986
1987
1988
1989
1990
1991
1992
1993
1994
1995
1996
1997
1998
1999
2000
2001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
2011
2012
2013
2014
2015
2016
2017
2018
2019
2020
2021
2022
2023
2024
2025
2026
2027
2028
2029
2030
2031
2032
2033
2034
2035
2036
2037
2038
2039
2040
2041
2042
2043
2044
2045
2046
2047
2048
2049
2050
PazPtsSalÇarPerCumCts
30
31
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
1
2
3
00:00
01:00
02:00
03:00
04:00
05:00
06:00
07:00
08:00
09:00
10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00