AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Arxeoloq alimlərin məqalələri impakt faktorlu jurnalda çap olunub
Mar 31, 2023 | 16:00 Yeni nəşrlər

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları t.ü.f.d., dosent  Şamil Nəcəfov, t.ü.f.d., dosent Anar Ağalarzadə və Lənkəran Regional Elmi Mərkəzin əməkdaşı, t.ü.f.d. Samir Kərimovun elmi əsərləri «Поволжская археология» jurnalının 2023-cü il №1 sayında dərc olunub.

Jurnalın bu sayında Ş.Nəcəfovun “Глиняные печати-пинтадеры из поселения Сарвантепе” (Sarvantəpə yaşayış yerinin gil möhür-pintaderləri), S.Kərimov və A.Ağalarzadənin isə müştərək hazırladıqları “The Sacrificial Ram”: Golden Statue in the History of Art” (Qurbanlıq qoç: Qızıl fiqur incəsənət tarixində) məqalələri təqdim olunub. 2009-cu ildə Lerik rayonundan təsadüfən əldə olunan və 2012-ci ildə Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilən qızıldan hazırlanmış heykəl-fiqur üzərində məqalə müəllifləri tərəfindən muzey rəhbərliyinin icazəsi ilə ilk dəfə geniş araşdırma aparılıb. Bu unikal tapıntı Azərbaycan ərazisində tapılan qızıl əşyalar içərisində ən əhəmiyyətlisi hesab edilir. Lerikdən tapılan qızıl heykəl yerli Manna incəsənətinə məxsus olmaqla yanaşı həm də Qədim Şərqin çoxəsrlik ənənələrini özündə əks etdirir. 

Hər iki məqalədə Azərbaycan tarixinin Son Tunc-İlk Dəmir dövrü cəmiyyətlərinin sənətkarlığı, istehsal təsərrüfatı və bədii metal işləməsindən ətraflı bəhs olunub.  

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023