AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Şuşa şəhərinin tarixi (XIX - XX əsrin əvvəlləri)” adlı kitab çapdan çıxıb
May 23, 2023 | 10:42 Yeni nəşrlər

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Gülcamal Sadıxovanın “Şuşa şəhərinin tarixi (XIX - XX əsrin əvvəlləri)” adlı kitabı nəşr olunub.

Kitabın elmi redaktorları AMEA-nın müxbir üzvü Mahmud İsmayılov, tarix üzrə fəlsəfə doktoru, dosent Hacı Həsənov, rəyçilər tarix üzrə fəlsəfə doktoru, dosent Vidadi Umudlu və tarix üzrə fəlsəfə doktoru, dosent Ənvər Məmmədovdur.

Monoqrafiya ilk dəfə 2004-cü ildə rus dilində işıq üzü görüb. Həmin dövrdən keçən müddət ərzində davam etdirilən təqiqatlar nəticəsində elmi dövriyyəyə yeni sənəd və materiallar gətirilib, bununla da kitabın yeni nəşrinin hazırlanması zərurəti yaranıb. Kitabda Şuşa şəhərinin qısa tarixi oçerki verilir, sonra XIX-XX əsrin əvvəllərində şəhərin ərazisi, əhalisi, inzibati-idarə sistemi, iqtisadi, ictimai-siyasi və mədəni həyatı hərtərəfli tədqiqat obyekti olur.

Monoqrafiyadan Şuşa şəhərinin tarixi ilə maraqlanan tədqiqatçılar, həmçinin geniş oxucu kütləsi istifadə edə bilər.

www.science.gov.az 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023