AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutunda “Müsəlman Şərqinin çoxəsrlik tarixində dönüş nöqtəsi - Türkiyə Cümhuriyyəti” mövzusunda beynəlxalq konfrans keçiriləcək
Jun 05, 2023 | 10:35 Elanlar

Türkiyə Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi məqsədilə AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu 20-21 sentyabr 2023-cü il tarixlərində “Müsəlman Şərqinin çoxəsrlik tarixində dönüş nöqtəsi - Türkiyə Cümhuriyyəti” adlı beynəlxalq elmi konfrans keçirəcək.

Şərqşünaslıq İnstitutu konfransda iştirak üçün tezis qəbulunu elan edir. Konfransa Türkiyə tarixi, ədəbiyyatı, iqtisadiyyatı, siyasi və ictimai həyatı, Türkiyə - Azərbaycan əlaqələri və Türkiyə - türk dövlətləri münasibətlərinə dair elmi mövzuları əhatə edən tezislər təqdim oluna bilər.

Tezislər  Azərbaycan, türk, ingilis, rus, ərəb dillərində qəbul edilir.

Məruzə tezislərinin mətni 300-350 sözdən ibarət olmaqla, Microsoft Word redaktorunda “Times New Roman” şrifti ilə -14, sətirlərarası interval 1,5 olmaqla yazılmalıdır. Tezislər konfransın konfransturk@mail.ru elektron ünvanında qəbul olunur.

Tezislərin qəbulunun son tarixi 1 sentyabr 2023-cü il, qəbul olunan tezislərin elanı tarixi 7 sentyabr 2023-cü ildir.

Konfransda iştirak etməyən müəlliflərin tezisləri çap olunmayacaq.

Ünvan: Bakı şəhəri, H.Cavid pr. 117, AMEA-nın Əsas binası, VII mərtəbə, akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, 715-ci otaq

Tel.: +994 50 700 01 89

www.science.gov.az 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023