AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Tarix İnstitutunun əməkdaşı dövlət qurumları arasında keçirilən intellektual oyunda iştirak edib
Jun 07, 2023 | 12:05 Mühüm hadisələr

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə dövlət qurumları arasında intellektual oyun keçirilib.

Ümumilikdə 37 dövlət qurumunu təmsil edən komandaların iştirak etdiyi intellektual oyunda Tarix İnstitutunun əməkdaşı Leyla Hüseynova da iştirak edib və açılış nitqi ilə çıxış edərək Ümummilli Liderin həyat və fəaliyyətindən, ölkəmizdə gənclərin hərtərəfli inkişafına hesablanmış dövlət siyasətindən bəhs edib.

Qeyd edək ki, intellektual oyun 7 turdan, 42 sualdan ibarət olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023