AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Mədəniyyət, şüur və ailədə gender problemləri” mövzusunda beynəlxalq seminar keçirilib
Jun 21, 2023 | 15:52 Konfranslar, iclaslar

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu, Bolqarıstan Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutu, Türkiyə Atatürk Universiteti və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının “Mədəniyyət, şüur və ailədə gender problemləri” mövzusunda birgə beynəlxalq seminarı keçirilib.

Seminarda Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə giriş nitqi ilə çıxış edib. Professor çıxışında ailənin bir institut kimi müxtəlif cəmiyyətlərdə mühüm yer tutduğunu, lakin tədqiqat obyekti kimi çox mürəkkəb olduğunu, yeni yanaşmaların vacibliyini və ölkəmizdə sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasətinin əsasını təşkil etdiyini vurğulayıb.

İlham Məmmədzadə bildirib ki, həm vətəndaşların ailədə bərabərlik dəyərlərinə dair fikirlərini müqayisə etmək üçün sosial şəbəkələrin təhlilini, həm də ailədə bərabərlik anlayışları üzrə ekspert sorğusunun keçirilməsini özündə əks etdirən gender tədqiqatların metodologiyasına, ailə problemlərinin həllində maarifçiliyə xüsusi rol verilib.

Öz çıxışında Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının nümayəndəsi Emil Əhmədov seminar iştirakçılarını salamlayaraq tədbirin təşkilinə görə təşkilatçılara minnətdarlığını bildirib və Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının bu istiqamətdə gördüyü işlər barədə ətraflı məlumat verib.

E.Əhmədov seminarın bütün iştirakçılar üçün faydalı olacağını və ekspertlərin iştirakı ilə səmərəli müzakirələr aparılacağını və bu layihədə iştirak edən təşkilatlar arasında sıx əməkdaşlıq əlaqələrinin qurulmasına zəmin yaradacağını bildirib.

Atatürk Universitetinin İqtisadiyyat Departamentinin müdiri, professor Kərəm Karabulut “Ailənin gender bərabərliyində təhsilin rolu”, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin mütəxəssisi Aytəkin Hacıyeva “Azərbaycanda mövcud vəziyyət: problemlər, perspektivlər”, Bolqarıstan Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, professor Bogdana Todorova “Müasir gender tədqiqatlarında ailənin sosioloji problemləri”, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Müasir fəlsəfənin problemləri şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d., dosent Zeynəddin Şabanov “Cəmiyyət gender mədəniyyəti müstəvisində”, Bolqarıstan Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini dosent Albena Nakova “Ailədə gender problemlərində dinin rolu”, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Azərbaycan fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d, dosent Faiq Ələkbərli “Azərbaycan türk düşüncəsində ailə fəlsəfəsi: tarix və çağdaşlıq”, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “İlham Əliyevin siyasi strategiyasında gender siyasəti və milli-mənəvi dəyərlər”, Samirə Dadaşova “Ailədə gender bərabərliyi vasitəsilə ədalətli və inklüziv cəmiyyətin təşviqi”, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi katibi, f.ü.f.d., dosent Sevinc Həsənova “Gender problemlərinin etik aspektləri”, Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, f.ü.f.d., dosent Zöhrə Əliyeva “Azərbaycan maarifçiliyi fəlsəfəsində gender bərabərliyi məsələləri”, Fəlsəfə və Sosiologiya İnstitutunun Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq şöbəsinin kiçik elmi işçisi Ceyran Hüseynli “Ənənə və emansipasiya (Azərbaycan qadını nümunəsində)” mövzularında çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023 - 2025
Aprel
Yanvar
Fevral
Mart
Aprel
May
İyun
İyul
Avqust
Sentyabr
Oktyabr
Noyabr
Dekabr
2025
1950
1951
1952
1953
1954
1955
1956
1957
1958
1959
1960
1961
1962
1963
1964
1965
1966
1967
1968
1969
1970
1971
1972
1973
1974
1975
1976
1977
1978
1979
1980
1981
1982
1983
1984
1985
1986
1987
1988
1989
1990
1991
1992
1993
1994
1995
1996
1997
1998
1999
2000
2001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
2011
2012
2013
2014
2015
2016
2017
2018
2019
2020
2021
2022
2023
2024
2025
2026
2027
2028
2029
2030
2031
2032
2033
2034
2035
2036
2037
2038
2039
2040
2041
2042
2043
2044
2045
2046
2047
2048
2049
2050
PazPtsSalÇarPerCumCts
30
31
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
1
2
3
00:00
01:00
02:00
03:00
04:00
05:00
06:00
07:00
08:00
09:00
10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00